ABŞ-İran peyk savaşı – Vaşinqton Tehrandan çəkinir?

0
85

İranın kosmosa peyk göndərmə planı ABŞ-ı qorxuya salıb. Publika.az xəbər verir ki, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi deyib ki, “qələbə peyki Simnandan 7,400 kilometr sürətlə orbitə göndəriləcək”, – deyə bildirib.

Artıq peyk kosmosa buraxılıb və uğursuzluqla nəticələnib. “Zəfər” peyki fevralın 9-u havaya buraxılsa da, lazım olan yüksəkliyə qalxa bilməyib. Məhəmməd Cavad Azari Cəhromi “Zəfər” peykinin havaya buraxılmasının uğursuzluqla nəticələnməsini ABŞ sanksiyaları ilə əlaqələndirib.

Lenta.ru xəbər verir ki, nazir “Simorq” adlı daşıyıcı-raketin peyki göyə qaldırmaq üçün yetərincə sürət yığa bilmədiyini deyib. “Biz daşıyıcı-raket sahəsində də sanksiyalara məruz qalmışıq. Heç kim bizimlə məlumat və texnologiya barədə bilgilərini paylaşmır”, – deyə nazir əlavə edib.

ABŞ İranın bu addımına etiraz edib. Bu ölkənin rəsmiləri İranın peyk göndərmə planının əslində ballistik raket sınağını gizləmək üçün düşünülmüş bir addım olduğunu iddia edib. Ekspertlər ABŞ-ın bu məsələdəki son mövqeyi ilə bağlı düşüncələri bir qədər fərqlidir. Çoxları hesab edir ki, Amerikanın bu məsələdəki mövqeyi ən çox ehtiyatlı olmasından irəli gəlir. Bunun əksini söyləyənlər də az deyil.

Əziz Əlibəyli ile ilgili görsel sonucu

Əziz Əlibəyli: “İranın ABŞ-la bağlı səmimi mövqeyi hələ də bilinmir”

Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyliyə görə, ABŞ İrandan niyə ehtiyat etsin ki? Onun sözlərinə görə, bu, doğru yanaşma ola bilməz: “Çünki bu günə qədərki qarşıdurmalarda İranın ABŞ-la bağlı səmimi mövqeyi hələ də bilinmir. Ayrıca adi misal kimi götürək: Buşehr atom mərkəzindəki fəaliyyətin hər mərhələsindən nəinki ABŞ-ın, İsrailin belə xəbəri var. Üstəgəl, dünya kosmik internet stansiyalar dövrünə girir. Belə bir kosmik qüdrətin qarşısında ABŞ İrandan hansı məntiqlə çəkinməlidir ki? Kosmosa hamı peyk göndərə bilər. Azərbaycanın hətta iki kosmik stansiyası var. Yeni müzakirələrə səbəb olan məsələlərin detallarını axtarmalıyıq. İranın əsas niyyəti nədir, ABŞ-ın nədir? İrana bu dəqiqə nüvə silahı lazımdır ki, bu, radikal xarici siyasət yürüdən dövlət bir növ özünü sığortaya ala bilsin. Amma elə bu cür zəif qalacaq, çünki onun nüvə əldə eləməsi paralel Türkiyənin (ya da Səudiyyənin) də təchiz edilməsi anlamına gəlməlidir. Bu isə qarışmış Yaxın Şərqdə hələ ki mümkün deyil”.

Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Məhəmməd Əsədullazadə: “İran təyyarələrinin qəzaları ABŞ sanksiyaları dolayından reallaşır”

Politoloq Məhəmməd Əsədullazadə əsl səbəblərdən söz açdı: “İranla ABŞ arasında təkcə siyasi-iqtisadi müharibə deyil, informasiya və kiber sahəsində müharibə də davam edir. ABŞ İranın raket sisteminə də sanksiyalar tətbiq edib və zamanla bu sanksiyalara görə İran yeni texnologiyaların idxalını həyata keçirə bilmir. Bundan əlavə, daima Vaşinqton İranın kosmik sahədə fəaliyyətindən narahatdır. Hesab edirəm ki, İrana qarşı kiber hücum təsadüfi deyil. Burada İranın apardığı kosmik tədqiqatlar hədəf alınıb. Məhz Tehranın orbitə peyk göndərməsi ərəfəsində bu hücum demək olar ki, İranın informasiya sisteminə mənfi təsir edir. İranın artan fəaliyyəti təbii ki, regionda ABŞ maraqlarını təhdid edir. Ona görə də Vaşinqton istənilən məqamda kiber müdaxilə ilə Tehranın raket proqramlarına hücum edir. Ötən gün orbitə peyk buraxılmasının uğursuzluğu İranlı mütəxəssislərin səhvi də olsa da, burada müasir texnologiyaların olmaması da təsir edir. Məhz İran təyyarələrinin qəzaları ABŞ sanksiyaları dolayından reallaşır. Hesab edirəm ki, uğursuz peyk göndərişi də bunun sübutudur. İran öz ambisiyalarından geri çəkilməli, liberal siyasət ortaya qoyub, xalqının tərəqqisi naminə Qərblə sülh şəraitində yaşamalıdır. Regionda bu gərginlik çox ciddi mənfi nəticələrə gətirə bilər”.

Cavanşir ABBASLI

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin