ABŞ-ın Türkiyəyə şok təklifinin səbəbi – Şərh

0
365

S-400-lər köhnə bir texnologiyanın təkmilləşdirilmiş formasıdır. Bu mənada inanmıram ki, ABŞ-ın “Patriot”larını qabaqlaya bilsin.

Bu sözləri Axar.az-a açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli ABŞ-ın respublikaçı senatoru Con Tyunun S-400-ləri Türkiyədən satın almaq təklifini şərh edərkən deyib. O bildirib ki, ABŞ Türkiyəni tamamilə itirmək istəmir:

“ABŞ Türkiyənin Rusiyadan S-400-ləri almasından narahatlıq keçirir. Bunu həm respublikaçı senator Con Tyunun S-400-ləri Türkiyədən satın almaq, həm də digər respublikaçı senator Cim Rişin Ankaraya qarşı S-400-lərə görə sanksiyalar tətbiq edilməsi təkliflərindən görə bilərik. Məsələ ondadır ki, S-400-lər Türkiyə üçün həyati əhəmiyyət təşkil edir. Belə ki, Türkiyə uzun illərdir hava hücumundan müdafiə sistemləri almaq istəyir. Bu məqsədlə ABŞ-dan “Patriot” sistemləri istəsə də, Vaşinqton bu məsələdə rəsmi Ankaraya müsbət cavab vermədi. Məhz bundan sonra Türkiyə Rusiyadan S-400-ləri almaq qərarına gəldi. ABŞ isə bu məsələdən olduqca narahatdır. Birincisi, S-400-lərə sahib bir Türkiyə regionda ABŞ üçün başağrısı ola bilər. İkincisi, S-400-lərə sahib bir Türkiyənin “Patriot”lara ehtiyacı olmayacaq. Üçüncüsü, ABŞ Rusiyanın S-400-lərlə NATO sirlərini ələ keçirəcəyini düşünür”.

Politoloqun sözlərinə görə, ABŞ uzun müddətdir S-400-ləri əldə edib texniki parametrləri və digər funksiyalarını araşdırmaq istəyir:

“Rusiyanın S-400 sisteminin “Patriot”larla rəqabət apara biləcəyini düşünmürəm. Lakin bununla belə ABŞ S-400-lər üzərində araşdırma aparmaq istəyir. Bu yolla adı keçən raket sistemlərinin mənfi və müsbət yönlərini öyrənib “Patriot”lar üzərində təkmilləşmə işləri apara bilər. Lakin Con Tyunun S-400-ləri Türkiyədən satın almağı təklifi mənasızdır. Çünki Türkiyə çətin ki, belə bir şeyi qəbul etsin”.

Q.Hüseynli qeyd edib ki, Cim Rişin Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edilməsi istəyi təhdiddən başqa bir şey deyil:

“Türkiyə Rusiyadan S-400-ü aldığı ilk gündən rəsmi Vaşinqton Ankaraya S-400-lərə görə sanksiyalar tətbiq edəcəyini deyir. Amma göründüyü kimi, Türkiyə belə hədələrə reaksiya belə vermir və yenə də öz bildiyini edir. Türkiyəni belə hədələr ilə yolundan döndərmək çətindir”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin