İraqın paytaxtı Bağdadın “Yaşıl zona”sına 4 raket atılıb.
Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, ABŞ səfirliyinin və bir sıra hökumət qurumlarının yerləşdiyi əraziyə edilən raket hücumu zamanı xəsarət alan olmayıb.
Raketin kimlər tərəfindən atıldığı bəlli deyil.
***
İraqın mərkəzində “yaşıl bölgə”yə atılan rakentlərdən 3-ü ABŞ-ın Bağdaddakı səfirliyinin ərazisinə düşüb.
APA-nın “Əl-Sumariya” televiziyasına istinadən xəbər verir ki, bu barədə İraqın təhlükəsizlik orqanlarındakı mənbə açıqlama verib.
Atəş nəticəsində bir neçə nəfərin yaralandığını xəbər verən televiziya kanalı bildirib ki, hazırda ABŞ səfirliyinin ərazisində helikopterlərlə insanlar təxliyə edilir.
“Əl-Ərəbiyyə” telekanalı isə təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yayıb ki, səfirliyin ərazisinə düşən üç raketdən biri diplomatik missiyanın restoranına dəyib.
İraqın Baş nazir vəzifəsini icra edən Adel Abd əl-Mehdi açıqlamasında günahkarların tapılıb cəzalandırmağa göstəriş verdiyini deyib.