ABŞ-da 2016-cı ildə keçiriləcək prezident seçkilərində 45-ci prezident olmaq uğrunda mübarizəyə qatılan iki qalmaqallı namizədin barəsində gündən-günə dünya mediasında ilginc məlumatlar yayılmaqdadır. Söhbət keçmiş dövlət katibi, demokratlardan olan Hillari Klinton və respublikaçıların namizədi, milyarder Donald Trampdan gedir. Bir çox ekspertlər gələcək prezidentin kim olacağı ilə proqnoz və sorğularında bunu ABŞ tarixində görünməmiş bir hadisə kimi dəyərləndirirlər.
Məsələn keçmiş dövlət katibi Hillari Klitonun ciddi xəstəliyə düçar olması artıq ABŞ ictimaiyyətini narahat etməyə başlayıb. Bir müddət əvvəl mədə virusuna yoluxan Hillari Klinton yerə dəyərək beyin silkələnməsi keçirib və indi bunun fəsadlarının ortaya çıxması sosial şəbəkə istifadəçiləri ilə yanaşı həkim ekspertlər arasında da geniş müzakirə mövzusuna yol açıb. Bu barədə “BlissTaitha” agentliyi yazıb.
Məlumatda bildirlir ki, narahatlığa səbəb bu yaxınlarda internetdə onun qeyri-adi fotolarının yayılması olub. Fotoşəkillərdə açıq-aşkar görünür ki, ölkənin keçmiş birinci xanımı tək başına pilləkanlarda belə dura bilmir. Hətta seçki kampaniyasının qərargah əməkdaşları tərəfindən ABŞ prezidentliyinə namizədin pilləkənlə qalxmasına köməklik göstərilir.
Məlumatlardada həmçinin qeyd edilir ki, ABŞ vətəndaşları sosial şəbəkələrdə Hillari Klintonun sağlamlığı naminə prezident seçkilərində mübarizəsinin dayandırmasına dair çağırış ediblər.
Həkimlərin rəylərinə görə isə bu Hillari Klintonun səhhətilə bağlı ilk hadisə olmayıb. Bundan əvvəl o, praymeriz zamanı şiddətli öskürəyə tutulub. Öskürəyin şiddəti o dərəcədə olub ki, Klinton seçkiqabağı nitqini davam edə bilməyib.
Həmçinin Hillari Klintonun başqa bir xəstəliyi sosial şəbəkələrin istifadəçilərinin diqqətini cəlb edib. O seçiciləri ilə görüşü zamanı yerindəcə bir neçə dəqiqəlik donub qalıb. Ekspertlər buna şərh verərkən bildiriblər ki, o, bu davranışla öz mioklonik spazmasını gizlətməyə çalışıb.
Daha sonra ABŞ ictimaiyyətini narahat edən məsələlərdən biri Hillari Klintonun İŞİD-lə əlaqələrinin olmasıdır. ZeynNews.com-un verdiyi xəbərə görə, “WikiLeaks”in yaradıcısı Culian Assanj ABŞ-ın keçmiş dövlət katibi hazırki prezidentliyə nazmizəd Hillari Klintonun İŞİD-ə silah satdığına dair sübutlarının olduğunu bildirib. Belə ki, Barak Obamanın ikinci prezidentliyi dövrundə Hillari Klintonun dövlət katibi olan zaman ABŞ istehsalı olan silahların Qətərə və Liviyanın “dost” liviya üsyanıçılarına göndərilməsinə sanksiya verib. O bildirib ki, bu silahlar Müəmmar Qəddafini aşırmaq məqsədilə göndərilib. Daha sonra isə Suriyaya bu silahlar “Əl-Qaidə”ni gücləndirmək və Bəşər Əsədi devirmək üçün istifadə edilib. Hillari Klinton “Suriyanın dostları” (Əl-Qaidə) ilə təşkilatçılığı aparıcı rolu öz üzərinə götürüb. Bununla “üsyançı” hərəkat adı ilə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Bəşər Əsədi devirməsinə yardım edib. 2013-cü ildə Benqazidə baş verən terror aktından sonra Hillari Klinton öz açıq ifadəsində and içərək Liviyaya silah göndərilməsi barədə xəbərinin olmadığını desə də Culian Assanj “Democracy Now”-ya müsahibəsində bildirib ki, Hillari Klintona məxsus 1700 məktubda onun Liviyada və Suriyada bilavasitə “Əl-Qaidə” və İŞİD-lə əlaqəli olduğuna dair kifayyət qədər subutlar var.
İctimaiyyəti çaşdıran digər məsələ ABŞ prezidentliyinə nazmizəd, qalmaqallı milyarder Donald Trampın haqqında yayılan məlumatlardı. Bir müddət əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş direktoru Maykl Morell Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Rusiya prezidenti Vladimir Putinin agenti olduğunu iddia edib.
Morell “Nyu-York Tayms” qəzetində nəşr etdirdiyi məqaləsində Tramp haqqında ilginc iddialar irəli sürərkən belə deyib:
“İndiyədək keçirilən seçkilərə heç bir münasibət bildirməmişəm, heç səsvermədə də iştirak etməmişəm, amma bu gün baş verənlər məntiqli deyil. Mən səssizliyimi pozuram. Hillari Klintona səs verəcəyəm. Onun prezident seçilməsi üçün əlimdən gələni edəcəyəm. Klinton baş komandan olmaq üçün ən layiqli namizəddir. Mənə güvənin, ondan yaxşı komandan olar”.
Keçmiş MKİ başçısı Donald Trampın ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhdid olduğunu da istisna etməyib: “Tramp ABŞ üçün təhlükəli adamdır. Rusiya prezidenti Vladimir Putin təcrübəli kəşfiyyat zabitidir və o, Trampdan öz maraqları üçün istifadə edir. Putinin tez-tez Trampı tərifləməsi də təsadüf deyil. Trampın tutduğu siyasi xətt ABŞ-ın maraqlarına ziddir, bu, daha çox Rusiyaya uyğundur. Hesab edirəm ki, o, Putinin agentidir”.
B.ƏLİYEV