Amerika hərbçiləri Əfqanıstanda İŞİD döyüşçülərin mövqelərini bombalaması zamanı ilk dəfə GBU-43 bombasından istifadə ediblər.
Məlumata görə bomba Nanqarhar əyalətində İŞİD terror qruplaşmasının istifadə etdiyi tunellər və mağaraların üzərində atılıb. Əməliyyata hazırlıq bir neçə ay çəkib. Bombardmanın nəticələri haqqında məlumat verilməyib. GBU-43 2003-cü ildə yaradılmış və dünyada ən güclü fuqas aviasiya bombasıdır.
ABŞ hərbçilərinin ixtiyarında olan ən iri bomba olduğuna görə onu “Mother Of All Bombs” – “bütün bombaların anası” adlandırırlar. 9.17 metr uzunu, 102,9 eni var. Ümumi çəkişi 9,5 tondur. Çəkinin 8,4 tonunu partlayıcı maddə təşkil edir. Partlayıcı maddə Avstraliya istehsalı olan H-6 adlı qarışığından – qeksoqen, trotil və alüminium tozundan ibarətdir. Bomba o qədər böyük ölçülərə malikdir ki, mütəxəssislər onu təyyarələrin qanadından asmaq müşkülündən yayınmaq üçün təyyarənin içində daşımaq üçün xüsusi platforma hazırlayıblar. Bombanın verilmiş koordinata atılması üçün xüsusi paraşüt açılır və bombanı yerləşdirildiyi palatforma qarışıq təyyarənin göryərtəsindən çölə dartır. Bundan dərhal sonra paltforma bombadan ayrılır və ölçüləri heyrət doğuran bomba kənardan GPS naviqasiya sistemi ilə idarə olunur. Bombanın atılacağı koordinata daşınması üçün ABŞ hərbçiləri Lockheed C-130 Hercules təyyarəsindn istifadə edirlər. Bombanın partlayış gücü 11 ton trotil ekvivalenti təşkil edir. Bomba 140 metr radiusda olan hər şeyi məhv edir, qismən dağıdıcı təsiri isə episentrdən 1,5 kilometrə qədər özünü göstərir. Daha əvvəl bomba poliqonda 2 dəfə sınaqdan keçirilib, amma heç vaxt döyüş şəraitində tətbiq edilməyib.
Əfqanıstandakı ABŞ qoşunlarının komandanı Con Nikolson deyib ki, cihadçı qruplaşmalar öz mövqelərini qorumaq üçün əldəqayırma partlayıcı qurğulardan, tunel və mağaralardan istifadə edirlər.
“Bu sursat bizim əks hucum əməliyyatlarımızın davamlı olmasını təmin edəcək ən uyğunudur” –deyə amerikalı general bildirib. BBC hərbi-diplomatik şərhçisi Conatan Markus isə deyib ki, bombanın qaba adı – “bütün bombaların anası” və ya GBU-43 özü haqda məlumat verir. Bu ABŞ hərbçilərinin ixtiyarındakı ən dağıdıcı qeyri-nüvə bombasıdır. İlk dəfədir ki, belə bir silah döyüş şəraitində tətbiq olunur. Böyük dağıdıcı partlayış gücünə malik bu sursat vaxtilə Vyetnama atılan analoji bombanın da ölçülərini üstələyir.
Şərhçi qeyd edir ki, Donalq Trampın Əfqanıstanla bağlı strategiyası hələlik tam işlənməyib. C.Markus hesab edir ki, GBU-43-ün Əfqanıstanda İŞİD-ə qarşı istifadəsi birmənalı olaraq ABŞ-ın bu terror qruplaşmasının harada olmasından asılı olmayaraq onunla mübarizə aparmaq istəyini göstərir.
E.MƏMMƏDƏLİYEV