ABŞ generalı Özbəkistan prezidenti ilə görüşüb – Hərbi əməkdaşlıq müzakirə olunub

0
215

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, oktyabrın 20-də Daşkənd şəhərində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə Amerika Birləşmiş Ştatları (ABŞ) Silahlı Qüvvələri Mərkəzi Komandanlığının komandanı, general Kennet Makkenzi arasında görüş olub. Amerikalı general bu ölkəyə işgüzar səfərə gəlib.

Özbəkistan prezidentinin mətbuat xidmətinin xəbərinə görə, görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub. Həmsöhbətlər ikitərəfli münasibətlərdən, bölgəsel gündəlikdən danışıblar, təhlükəsizliyə təhdid və qlobal çağırışlara qarşı durmaq məsələlərinə xüsusi diqqət yetiriblər.

«Əfqanıstandakı sülh prosesinin dəstəklənməsi və bu ölkənin iqtisadiyyatının bərpasına praktik dəstək verilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Həm də ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərinə baxılıb» – deyə, prezidentin mətbuat xidməti xəbər verir.

Makkenzi Vaşinqtonun strateji həmkarlıq və iki ölkə arasında tammiqyaslı qarşılıqlı fəaliyyətin möhkəmləndirilm’sinə sadiq olduğunu qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin