ABŞ düşmənlərə qarşı YENİ SİSTEM YARADIR

0
920

ABŞ Hava Qüvvələri Rusiya və Çinin kəskin raketlərinin qarşısını almaq məqsədilə yeni bilgi şəbəkəsinin qurulması üçün kəşfiyyat təyyarələri və bahalı peyklərdən vaz keçəcək.

“SpaceNews” portalı yazır ki, Amerika Hava Qüvvələrinin bilgi əldə etmək sistemini daha kompakt və texnoloji baxımdan əlverişli hala gətirmək niyyətindədir.

ABŞ “Boeing E-8 JSTARS” kimi kəşfiyyat təyyarələrinin Rusiya və Çinin raketləri üçün asan hədəf halına gəlməsindən qorxur. Buna görə də quru və hava sensorlarından alınan məlumatları inteqrasiya edə biləcək bilgi sisteminə ehtiyac duyur və hava sensorları kimi pilotsuz təyyarələr “ağıllı”, ucuz peyklər istifadə etməyə çalışır.

Mövcud proqramın büdcəsi 7 milyard civarında təxmin edilir. Hərbi qüvvələrin fikrincə, yeni sistem daha ucuz başa gələcək və potensial düşmənlərin hücumlarına qarşı bahalı cihazların itirilməsi riskini azaldacaq.

Zümrüd

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin