ABŞ-dan İrana xəbərdarlıq: Məhv edəcəyik

0
115

Fars körfəzi, Ərəb dənizi və Oman körfəzində hərbi gəmilərimizə 100 metrdən çox yaxınlaşan gəmilərə güc tətbiq edəcəyik.

Bu məlumatı ABŞ Geoməkan Kəşfiyyatı Milli Agentliyi yayıb.

“Bir müddət əvvəlki hadisələrlə əlaqədar təhlükəsizliyin artırılması və qeyri-müəyyənliyin minimallaşdırılması üçün bütün gəmilərə məsləhət görülür ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə 100 metrlik təhlükəsizlik distansiyasını qorusunlar. 100 metrlik distansiyanı qorumayan hərbi gəmilər təhdid kimi qiymətləndirilə və onlara qarşı müdafiə tədbirləri görülə bilər”, – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə Tramp ABŞ hərbçilərinə İran gəmilərinə atəş açmağa izn vermişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin