ABŞ-da konsert zamanı atəş açılıb, yaralılar var

0
660

Aprelin 1-də yerli vaxtla axşam saat 20.00 radələrində (Bakı vaxtı ilə bu gecə saat 04.00) ABŞ-ın Virciniya ştatında açıq havada keçirilən konsert zamanı atəş açılıb.

APA-nın məlumatına görə, bu barədə “CBS 6” telekanalı məlumat yayıb.

Dinuiddi dairəsində parkda keçirilən konsertdə 12 minə qədər tamaşaçı olub. Öncə səhnənin yaxınlığında, daha sonra isə parkın digər yerlərində atəş səsləri eşidilib. Əl və ayağından yaralanmış iki nəfər xəstəxanaya gətirilib, onların həyatı üçün təhlükə yoxdur. Bir nəfəri isə güllənin tuş gəldiyi avtomobil pəncərəsinin parçaları yaralayıb.

Atəş açan şəxs hələ yaxalanmayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin