ABŞ-da jurnalist Trampı tribunanı tərk etməyə vadar etdi – Video

0
1428
ABŞ Prezidenti Donald Tramp “CBS News”un jurnalistinin gözlənilməz sualından sonra mətbuat konfransını yarımçıq tərk edib.Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, hadisə dövlət başçısının Nyu-Cersi ştatında çıxışı zamanı baş verib. Müxbir Paula Rid Trampın “Veteranların seçimi” layihəsinin onun administrasiyasının xidməti olması barədə sözlərindən sonra prezidentin yalanını ifşa etməyə çalışıb.

“Niyə “Veteranların seçimi” layihəsinin məhz özünüz tərəfindən həyata keçirildiyini təkrarlayırsınız? O, 2014-cü ildə qəbul edilib, bu, yalan bəyanatdır, cənab”, – jurnalist deyib.

Paula Rid bildirib ki, Tramp 2016-cı ildə dövlət başçısının postunu tutub.

Prezident növbəti sual üçün sözü başqa jurnalistə verməyə çalışıb, ancaq Rid onun sözünü kəsərək, sualı təkrarlayıb. Belə olduqda Tramp mətbuat konfransını kəsib, toplaşanlara diqqət ayırdıqlarına görə təşəkkürünü bildirərək, tribunanı tərk edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin