ABŞ 6 min mülki insanı öldürdü- Sensasion hesabat

0
576

ABŞ liderliyində qurulan anti-İŞİD koalisiyası Suriya və İraqda 2 mindən çox qadın, uşaq daxil olmaqla ümumilikdə 6-9 min mülki insan öldürüb.

Bu barədə Airvars Müşahidə Təşkilatının hesabatında qeyd edilib.

Hesabata görə, ABŞ-ın liderlik etdiyi koalisiyanın İŞİD-ə qarşı əməliyyatlar zamanı ağır silah və hava hücumları təşkil etməsi nəticəsində 6 mindən çox dinc sakin ölüb.

Təşkilat yerli mənbələrin 2014-cü ilin avqustundan 2017-ci ilin noyabrına qədər koalisiyanın 2341 hücumu zamanı 16-24 min arası mülki insanın ölməsi haqqında iddialar irəli sürdüyünü, lakin bu iddiaların sübut edilməsinin çətin olduğunu qeyd edib.

Hesabata görə, anti-İŞİD koalisiyası son 3 ildə mülki insanların ölümü ilə nəticələn 2341 hücum əməliyyatı həyata keçirib. 706 hücum zamanı mülki insanlar ölüb.

Müəllif: Cavad

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin