ABŞ ƏL- BAĞDADİNİN CƏSƏDİNİ DƏ “İTİRDİ” – İŞID liderinin «öldürülməsi» barədə uydurma ifşa olunur

0
56

Birləşmiş Ştatların İŞID terrorçu qruplaşmanın başçısı Əbu Bəkr əl-Bağdadinin cəsədinin qalıqlarının guya, dənizə atılması barədəki bəyanatı dünya tərəfindən, xüsusilə də İslam dünyası tərəfindən təəccüblə qarşılandı. Bundan başqa, «Xalq yenilikləri» iformasiya agentlimyinin yazdığına görə, beləliklə, amerikalılar izləri «aktiv şəkildə silirlər». Çünki  ehtiyat edirlər ki, Əl-Bağdadinin «məhv edilməsi» barədə həqiqət dünyaya məlum olar.
Bununla bərabər, getikcə daha çox sayda ekspertlər terrorçunun həlak olmasını şübhə altına alırlar. Birləşmiş Ştatlar öz hərəkətləri ilə – guya, öldürülmüş İŞİD rəhbərinin cəsədinin suya atılması barədə qərarı ilə situasiyaya aydınlıq gətirmir.
Guya, İslam adətlərinə istinad edən amerikalı hərbçilər bəyan etdilər ki, terrorçunun cəsədi dənizə atılacaq. Ancaq Orteqa adlı bloger «Teleqram-kanal»da qeyd edir ki, İslamda belə adət yoxdur.
«Cəsəd o zaman dənizə atılar ki, onunla başqa cür davranmaq mümkün olmasın, başqa sözlə, onu basdırmaq üçün ətrafda bir parça quru sahə olmasın. Suriyada və həm də İraqda, haraya ki, Əl-Bağdadinin cəsədinin «gətirildiyi» deyilir, bu ərazilərdə quru sahə məsələsində problem yoxdur» – deyə, bloger qeyd edib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin