AAAF sakinləri yolu bağladı- ETİRAZ (VİDEO)

0
932

RealMedia.az xəbər verir ki, redaksiyamıza “Whatcapp” vasitəsi ilə AAAF sakinləri tərəfindən video çəkiliş göndərilib. Göndərilən video çəkilişlə bağlı maraqlanan əməkdaşlarımıza bildirilib ki, AAAF Park sakinləri Xırdalanda yolu bağlayıb, avtomobillərin hərəkətini dayandıraraq elektrik enerjisinin tez-tez yaranan fasiləsilələrə etiraz ediblər. Onların sözlərinə görə, işıqların sönməsi nəticəsində “AAAF Park”da suyun və istilik sisteminin verilişi dayanır.
Dəfələrlə bu problemlərin aradan qaldırılması üçün “AAAF PARK” rəhbəriyinə müraciətlər olunsa da, lakin üzləşdikləri problemlərlə bağlı heç bir müsbət addım atılmayıb. Hələ də onalr qaz, su, işıq problemlərini yaşamaqda davam edirlər.
“AAAF Park”dan sakinlərə elektrik enerjisinin verilməsində baş verən fasilələrin birbaşa AzərEnerji ASC ilə əlaqədar olduğu bildirilib.

RealMedia.az olaraq həmin video görüntünü təqdim edirik: 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin