81 saylı Beyləqan DSK üzrə parlament seçkiləri uğurla keçirilib

0
190

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) nümayəndələri 81 sayı Beyləqan seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkiləri müşahidə ediblər.
ATƏT DTİHB müşahidəçisi Halogh Nora neqativ halın qeydə alınmadığını bildirib: “Hər şey yaxşıdır, neqativ hal qeydə alınmayıb. Hər şey qaydasındadır”.
ATƏT DTİHB-in digər müşahidəçisi Pavel Kuznatsov da seçicilərin aktivliyinin normal olduğunu deyib.
Qeyd edək ki, 81 saylı Beyləqan DSK-nın əhatə etdiyi 39 seçki məntəqəsində 37 min 137 seçicinin səs verməsi nəzərdə tutulmuşdu. Məntəqələrin 5-də veb-kamera quraşdırılıb. Səsvermənin gedişini 541 müşahidəçi izləyib. Dairə üzrə 10 nəfər namizəd deputatlıq uğrunda mübarizə aparıb. Səsvermə zamanı hər hansı qanun pozuntusu qeydə alınmayıb.
İnanırıq ki, beyləqanlılar ən layiqli namizədə səs veriblər.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin