Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər – Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.
“RealMedia.az” xəbər verir ki, məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib.
Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilsin. Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilsin.
Məsələ səsverməyə çıxarılıb və qəbul edilib.
***
Bu dəqiqələrdə Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayır.
Bu barədə “Report”un iclasda iştirak edən əməkdaşı məlumat verib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) iclası başlayır.
“RealMedia.az” xəbər verir ki, iclasda fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar MSK-ya daxil olan müraciətlər müzakirə olunacaq.
İclasda həmçinin ATƏT/DTİHB-nin fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Seçki Müşahidə Missiyasının müraciətinə baxılacaq.