72 yaşlı Ajdanın ayaqları görənləri heyran etdi FOTO

0
734

Türkiyənin super starı hesab edilən Ajda Pekkan yenə hamının “ağzını açıq” qoya bilib. Buna səbəb onun paylaşdığı fotosu olub.

72 yaşlı ulduz mətbəxdə yemək bişirərkən çəkilən fotosunu “İnstagram”a yerləşdirib. Yaşlı ulduzun ideal bədən quruluşu, xüsusi ilə ayaqlarını görənlər gözlərinə inana bilməyiblər. “Yemək də edərəm, kariyerada” şərhi ilə paylaşılan foto ilə Pekkan nəvəsi yaşında olan gənclərə belə bədən quruluşu ilə meydan oxuyub.

İfaçının fotosuna inanmayanların da sayı kifayət qədər çox olub. Bəziləri onu fotoşopda, bəziləri isə slikonlu alt geyimi geyməkdə ittiham edib. Lakin bu iddialara cavab özünü çox gözlətməyib. Müğənni “evimin birinci mərtəbəsini idman salonu etmişəm. Hər gün azə 1 saat çalışıram, ayaq hərəkətləri edirəm. İllərdir çox sərt nizam intizamla çalışıram”, deyə ona inanmayanlara cavab verib.

Ayda Pekkanın hamını heyran edən fotosu

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin