Tahir Əliyevin “Koroğlu” MMC-sində nələr baş verir ?- “ARMO STORE”dən BİTİB TÜKƏNMƏYƏN ŞİKAYƏTLƏR…

0
383

Bədəvi ərəblər  və “Koroğlu” MMC-nin nəvəsi  Tahir Əliyev….

“ARMO  STORE” ni  hazırda işlədən Cavid kimdir..?

Dəfələrlə yazımışıq ki, şirkətlər istehlakçıların hüquqlarını pozur, heç bir  normativə uyğun gəlməyən qida və ərzaq məhsullarını vətəndaşlara satırlar.
Belə şirkətlərdən biri də “Koroğlu” MMC-dir.
Bu şirkətin şokoladlarından qurd çıxması  barədə ölkə mətbuatı dəfələrlə yazıb.
Bəli  ölkə  mətbuatı yazıb ki,  Rusiyanın “Akkond” şirkətinə aid “Rulada” şokoladlarını “Koroğlu” MMC ölkəmizə idxal edir və bu məhsulların keyfiyyətinə də cavabdehlik daşıyır. Bundan başqa, bu şirkət Azərbaycanda bir neçə şokolad və biskvit fabriklərinə malikdir.
Bundan başqa “Koroğlu” MMC ARMO STORE supermarketlər şəbəkəsinə də sahibdir.
Bəli, bu gün “Koroğlu” MMC-nin supermarket şəbəkələri Bayıldan Xətai rayonuna kimi uzanır. Lap dəqiq desək, düz, prezidentin sabiq köməkçisi Əli Həsənovun Xətai Estetik Klinikası ilə üzbəüz  ARMO STORE  yerləşir.
Hətta bu firmanın rəhbəri Tahir Əliyevin adam oğurluğunda ittiham olunması da mətbuatda öz əksini tapıb. Bütün bunların nə dərəcədə həqiqətə uyğun olub-olmadığını deyə bilmərik.
Biz konkret  olaraq öz gözlərimizlə gördüklərimizi cəmiyyətə çatdırmaq istəyirik.
Məlumat üçün onu da qeyd edək ki, “Koroğlu” firması allah qoymasa müstəqil Azərbaycanın ilk şirkətlərindən biridir  və 1992-ci ildə təsis olunub.
Bir müddət əvvəl Xətai rayonu, S.Vəzirov küçəsində bir hay-küy qopdu, çal-çağırdan qulaq tutuldu, adamlar musiqinin sədalarına yığışdılar, gənc xanım müğənnilər çaldılar-çağırdılar…
Və məlum oldu ki, yuxarıdakı ünvanda “Koroğlu” firması yeni bir supermarket açır: ARMO STORE.
Ancaq ilk gündən bəlli oldu ki, bu supermarket ölkədə devalvasiyanın olduğu bir zamanda məhsulları  başqa marketlərlə müqayisədə  çox baha satır. Nə etməli..? Bunu da yazaq bazar iqtisadiyyatının ayağına. Bəs…
Hazırda yay mövsümünün olduğu bir zamanda ARMO STORE marketində hər növ içki, mineral sular demək olar ki, az qala qaynayır. Hər dəfə soruşandakı bu boyda bahalıq olduğu halda nə üçün soyuducu sistem işləmir, cavab verirlər ki, soyuducunu MƏHSULU VERƏN  FİRMA  quraşdırmalıdır.
Axı, müştərinin nəyinə lazımdır kim quraşdırır, neçəyə quraşdırır..?
Müştəri yayın istisində sərin su almaq istəyir.
Bu bilirsiniz nəyə oxşayır..?
Alma satan alıcıya  deyir ki, tərəzi yoxdur, get  tərəzi gətir..
Sözün qısası, XXI əsrdə bizim bəyənmədiyimiz bədəvi ərəblər avtobus dayanacaqlarında  kondisioner  quraşdırır, Koroğlunun nəvəsi Tahir Əliyev isə  yayın istisində əhaliyə hamam suyu satır. Özü də çox baha qiymətə..
Gundelik-baku.com-a daxil olan məlumata görə, ARMO STORE ticarət şəbəkəsinin hazırda Cavid adlı şəxs  idarə edir.
Sözün qısası, “Koroğlu” MMC və ARMO STORE ticarət şəbəkəsi ilə bağlı araşdırmalarımız davam edir. 
Biz şirkətdə baş verən digər neqativ hallar barəsində növbəti yazıda bəhs edəcəyik.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. (Gundelik-baku.com)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin