Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədin özü İqbal Ağazadə və salahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb.
“RealMedia.az” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib.
İclasda həmin dairənin , 30 seçki məntqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nətciələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxalıb və qəbul edilib.
***
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 35 saylı Xətai üçüncü seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.
“Report”un xəbərinə görə, hazırda iclas davam edir.
Qeyd edək ki, bu dairənin lider namizədi Rauf Arifoğludur (Abbasov).
Xatırladaq ki, bu gün MSK 80 saylı İmişli-Beyləqan seçki dairəsinin nəticələrini ləğv edib.