DYP-nin əsas dördlüyü yola salınır – Vahid Nuriyev tək getməyəcək…

0
68

Neçə gündür DYP sistemində dəyişiklik olcağı deyilir. Bununla bağlı DİA.AZ-ayeni məlumatlar daxil olub.

Mötəbər mənbə iddia edir ki, DİN Baş DYP İdarəsinin rəisi, polis general–mayoru Ramiz Zeynalov ilk “vurulanlardan” olacaq. Onun yerinə hazırda DİN Baş DYP İdarəsinin rəis müavini, YPX Alayının komandiri postunu tutan polis polkovniki Balakişi Əhmədovun təyin olunacağı deyilir.

Mənbə iddia edir ki, eyni zamanda DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Kazımov Elşən Kamal oğlunun və DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Şahbazov Mübariz İsrafil oğlunun da görəvdən alınması müzakirə olunur.

Xatırladaq ki, buna qədər də MMX rəhbəri Vahid Nuriyevin vəzifəsindən alınacağı iddia olunurdu.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin