25 nömrəli tam orta məktəbin direktoru məktəbi şəxsi koperativi kimi idarə edir? – İDDİA

0
341

Bir müddət öncə facebook sosial şəbəkəsində “Təhsil Forumu – 2022” qrupunda Bakı şəhəri Xətai rayonununda yerləşən 25 №-li tam orta məktəbin direktoru Fəridə Siyavuş qızı Şərifovanın qanunsuz əməlləri barədə məlumat yayılıb.

Fəridə Şərifovanın hələ 275 saylı məktəbdə direktor işləyən vaxt rəvac verdiyi korruptiv əməllərinin də xatırladıldığı həmin paylaşımda onun hazırda rəhbərlik etdiyi 25 saylı məktəbi şəxsi koperativi kimi idarə etdiyi, aylıq korrupsiya dövriyyəsinin 10 000 manata yaxın olduğu, bu pulları tək xərcləmədiyi qeyd olunur və müəssisədə yer alan neqativ faktlar sadalanır:

1.Məktəbin psixoloqu Rzayeva İradə Balağa qızı 2020-ci ilin martından Bakı-Moskva , Moskva –Tümen reysi ilə Tümen vilayətinə doğmalarının yanına getmiş, hələ də orda olmasına baxmayaraq, onun əmək haqqı kartına hər ay üçün vurulan əmək haqqını direktor Fəridə xanım alır, çünki belə “danışıblar”;
2. Məktəbin İKT üzrə lobarantı Novruzova Əfsanə Məlikheydər qızı 2021-ci ilin sentyabrın əvvəllərində ailəsi ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dübay şəhərinə köçməsinə baxmayaraq, onun əmək haqqı kartına köçürülən vəsaiti hər ay direktor Fəridə xanım alır, çünki kart direkrorun özündədir və belə “danışıblar”;
3. Məktəbin hal-hazırda müalicə alan Azərbaycan dili və ədəbiyyatı müəllimi Kifayət Şahbala qızı Dadaşovanın (Allah müəlliməyə şəfa versin, ayaqları ilə problemi olduğu üçün müalicə alır və deyilənə görə yeriməyində ciddi problem var) həftəlik 14 saat dərsini məktəbin digər Azərbaycan dili və ədəbiyyatı müəllimi  “fağır” Zülfiyyə İsmayılova  tədris etsə də, əmək haqqını yenə də direktor Fəridə xanım alır, çünki belə “danışıblar”;
4.Hal-hazırda məktəbin ştat siyahısında olan 4 texniki işçinin və 3 müəllimin (adları dəqiqləşdirilir) nə adını, nə də üzünü direktor Fəridə müəllimdən başqa kimsə görməyib və görməyəcəkdə. Çünki belə “danışılıb“;
5. Məktəbin X-XI siniflərində olan şagirdlərin yarısı müəllimlərini tanımır, heç müəllimlər də onları tanımır. Haradan tanısınlar, axı biri-birini görməyiblər… Belə qeyri-adi tanışlığın qiyməti X siniflər üçün 2000 manat, XI siniflər üçün isə 2500 manatdır”.

Paylaşımda həmçinin BŞTİ-də Daxili Nəzarət sektorunun rəisi Sərxan Rzayev də qınağa tuş gəlib. (deryaz.az)

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin