20 Yanvar faciəsindən 31 il ötür

0
76

Azərbaycanda 20 Yanvar hadisələrindən 31 il ötür.
RealMedia.az xəbər verir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törədib.
Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.
Lakin bu qətliamlar xalqımızın milli iradəsini sındıra bilməyib və Azərbaycan xalqı öz qanı ilə müstəqilliyini əldə edib. 20 Yanvar yaşatdığı faciələrlə yanaşı Azərbaycanın milli birlik və əzm simvoludur.
Respublikamızda hər il bu gün Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir, milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarımızın xatirəsini anır.
Heç bir müstəqillik bədəlsiz, qurbansız olmayıb. 20 Yanvar faciə deyil, tarixin icbarı idi. Azərbaycan 31 il öncə bu icbardan haqqını aldığı kimi, illər sonra yenə bu icbardan payını- Qarabağını aldı!

Başın sağ, istiqlalın qutlu olsun, Azərbaycan!

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin