Xocavənd maliyyəsinin sələmçi müdri İslam Allahverdiyev 1 milyonluq mülkə necə sahiblənib?

0
1016

Xocavənd maliyyə müdirindən Samir Şərifova qarşı xəyanət…?

Son zamanlar ölkə mediasında Xocavənd rayon maliyyə idarəsinin müdiri İslam Allahverdiyevlə bağlı şikayətlər dərc olunmaqdadır. Şikayət məktublarında qeyd edilir ki, İslam Allahverdiyev rayonda heç kəsi saymayaraq, sələmə pul paylayır. İdarədə paket sistemi yaradan və işçilərinə maaşdan əlavə, paketlər paylayan müdür haqda tədbir görüləcək?!

İşçilər İslam Allahverdiyevi maxinasiyaları ilə şantaj edirlər?

İslam Allahverdiyevlə bağlı media üzərində araşdırmamız nəticəsində məlum oldu ki, Allahverdiyev maliyyə maxinasiyaları ilə məşğul olur. Belə ki, idarə müdiri bir neçə əsas işçisinə ay ərzində əmək haqqılarından əlavə paketdə verir. Mənbənin verdiyi məlumata görə, İslam Allahverdiyev vaxtı ilə Beyləqan “Kapital Bank”ının müdiri işlədiyi zamanlarda da bu cür paket sistemində əl atıb. Həmin vaxtlar İslam Allahverdiyev paketi yalnız kredit şöbəsinin müdirinə və nədənsə iki işçisinə verirmiş. Çünki Beyləqan “Kapital Bank”da vətəndaşlara verilən kreditlərin əksəriyyəti İslam Allahverdiyevin pulu idi. Mediada yazılanlara istinadən xəbər veririk ki. həmin dövrlər İslam Allahverdiyevin bankın adı ilə külli miqdarda vəsaitini kredit şəkilndə yüksək faizlə vətəndaşlara verdiyini və maxinasiyadan il ərzində yüz min manatlarla qazanc əldə etməsi barədə məlumatlar dərc edilmişdir.
“Kapital Bank”da maliyyə maxinasiyalarına görə işdən çıxarılan İslam Allahverdiyev 2 həftə sonra Xocavənd maliyyə idarəsinin müdiri vəzifəsinə keçdi. Xocavənd sakinlərinin iddiasına görə rayon maliyyə idarəsinin müdiri keçmək İslam Allahverdiyevə 100 min manata başa gəlib. Bununla bağlı mənbənin məlumatına görə vəsaitin yarısı rayon, yarısı isə maliyyə nazirliyinin rəhbərliyinə xərclənib. Qeyd edək ki, İslam Allahverdiyevin Xocavənd maliyyə idarəsində sələmlə məşğul olması barədə hələ bir neçə ay bundan qabaq bir neçə saytlarda dərc edilmişdir. İndi isə Xocavəndəki mənbələrimiz yenə də təsdiq edirlər ki, maliyyə idarəsinin müdiri sələm işini davam etdirir və demək olar ki, Beyləqan, Xocavənd, hətta Füzuli rayonun bir çox məmurları, idarə müdirləri təcili pul lazım olanda İslam Allahverdiyevin yardımından bəhrələnirlər. Maliyyə idarəsinin müdiri isə öz növbəsində 8 faizlə məmurlara sələm verir.
Xocavəndəki mənbənin verdiyi məlumata görə, İslam Allahverdiyevin işçilərinə paket verməsinin əsas səbəbi işçilərin onun maliyyə maxinasiyalarından xəbər tutması və bir çox əməliyyatlara göz yummalarıdır. Əslində istənilən bir işçi idarə müdirinin hər hansı bir maxinasiyasına göz yummağa məcburdu. Çünki Azərbaycan realığında şikayət edən işçi anında işindən azad olunur və böhtan atdığı deyilir. Buna görədə Xocavənd maliyyə idarəsinin işçiləri sakit durmaqla İslam Allahverdiyevdən “halal” paketlərini almağa məhkumdurlar. Aldığımız məlumata görə İslam Allahverdiyev Xocavənd rayon kənd icra nümayəndələrinin və komunal idarənin adına əvvəlcədən vəsaitlər yazdıraraq həmin pulları bankdan çıxardaraq əlində fırladır. Yəni idarə müdiri indi öz pulu deyil dövlətin vəsaitini sələm kimi istifadə edir..
Çünki “Kapital Bank”dakı çirkin işlərindən və vəzifəsindən çıxdıqdan sonra İslam Allahverdiyev əlindəki 1 milyon manata yaxın vəsaiti Bakı şəhərində bir neçə obyekt və ev alınmasına yatırıb. İdarə müdirinin Beyləqandna yalnız 200 hektar torpaq sahəsi və 500 yaxın qoyunu qaldığı deyilir. İndi isə dövlətin vəsaitini məmurlara sələm verməklə yaxşı qazanc əldə edir. Xocavənd maliyyə idarəsinin müdirinin maxinasiyaları barədə yaxın günlərdə oxucularımıza ətraflı məlumat verəcəyik.
Digər maraqlı məlumat ondan ibarətdir ki, maliyyə müdürü İslam Allahverdiyev rayonun icra başçısı hörmətli Eyvaz Hüseynovu özünə rəqib bildiyi iddia olunur. Sələmçi müdür, rayonda böyük nüfuza sahibdir. Və belə olan halda onun başçı iddiası real sayılır.
Araşdırmamız dəvam edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin