ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsini erməni antisemitizminə diqqət yetirməyə çağırıblar

0
46
ABŞ Dövlət Departamentinin antisemitizm monitorinqi və ona qarşı mübarizə üzrə xüsusi nümayəndəsi İlan Karrı erməni antisemitizmi məsələsini dünya gündəminə çıxarmağa çağırıblar.

“Report” xəbər verir ki, bu barədə “Algemeiner” nəşrində dərc olunan amerikalı jurnalist Adel Nazaryanın açıq məktubunda deyilir.

“Erməni kilsəsinin 60 şagirdinin Qüdsdə yəhudiləri linç etməyə çalışdığı hücum fonunda erməni antisemitizminə dair həyəcanverici həqiqəti söyləməyin vaxtı yetişib”, – məktubda deyilir.

O qeyd edib ki, Antidiffamasiya Liqası (ADL) tərəfindən aparılan antisemitik əhval-ruhiyyənin araşdırılmasına görə, Ermənistan Yaxın Şərq və Şimali Afrika xaricində antisemitizm üzrə üçüncü ən böyük göstəriciyə (58%) malikdir.

Müəllif qeyd edir ki, yəhudilərin iş dünyasında (72%) və maliyyə bazarlarında (68%) böyük gücə malik olmaları, yaşadığı ölkədən daha çox İsrailə sadiq olmaları (68%), qlobal işlər üzərində böyük hakimiyyətə malik olmaları (51%) və ABŞ hökumətini çox güclü nəzarət etmələri (51%) ermənilərin əksəriyyətinin “antisemitik sui-qəsd nəzəriyyələri” seriyasına inandırıb.

Müəllif bildirib ki, Pyu Mərkəzinin araşdırmasının nəticələrinə görə, ermənilərin 32%-i yəhudiləri vətəndaş kimi qəbul etmirlər.

Açıq məktubda həmçinin qeyd olunur ki, ermənilər antisemitizmi yalnız İsrail və Azərbaycanın energetika sahəsində və hərbi-sənaye kompleksində sıx əməkdaşlıq əlaqələri qurması səbəbindən göstərirlər. A.Nazaryan eyni zamanda erməniləri özlərinin Holokostu tanımadıqları halda, 1915-ci il hadisələrinə görə türklərə qarşı əsassız ittihamlara irəli sürdüklərinə, eləcə də ölkədə, məsələn, erməni faşist Qaregin Njde kimi şəxslərə abidələr ucaldılmasına görə tənqid edir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin