​İranda iğtişaşlar nəticəsində 10 nəfər ölüb

0
1088

Bazar gününə keçən gecə İranın cənub-qərbində yerləşən iki şəhərdə keçirilən etiraz aksiyaları zamanı azı 10 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi yerli hökumətə istinadən “Franc-Press” məlumat yayıb.

Bildirilir ki, Xuzestan əyalətinin İze şəhərində 2 nəfər güllələnib, bir neçə nəfər yaralanıb.

“İki nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Mən məhz kimin – asayiş keşikçilərinin, yaxud da nümayişçilərin atəş açdığını bilmirəm”, – deyə yerli administrasiya nümayəndəsi bildirib.

Bundan əlavə, agentliyin məlumatına görə, daha iki nəfər Lurestan əyalətinin Dorud şəhərində ölüb. Orada etirazçılar yanğınsöndürən maşını ələ keçirərək təpədən aşağı itələyiblər.

“Avtomobil yaşlı kişi və yeniyetmənin üzərinə düşüb, hər ikisi ölüb”, – deyə şəhər bələdiyyə rəhbəri bildirib.

APA İran Dövlət Televiziyasına istinadla bildirir ki, İranda etiraz aksiyalarında ölənlərin sayı 10 nəfərə çatıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin