Əsəddən inanılmaz sözlər: “Ərdoğanla görüşməyə məcbur olsam…”

0
246

“Sadə bir sualla sualınıza cavab verirəm. Bu problemi kim yaratdı? Avropada niyə qaçqınlar var? Avropa, ABŞ, Türkiyə və digərləri tərəfindən dəstəklənən terrorizm səbəbindən… Avropa Suriyada yaradılan xaosun ana oyuncusudur. Yəni nə əkərsən, onu da biçərsən”.

Bu sözləri Suriya rejiminin başçısı Bəşər Əsəd İtaliya televiziyasına müsahibəsində deyib.

Avropanın hansı səbəblərdən Suriyada xaos yaradan əsas güc kimi göstərdiyinə gəldikdə Əsəd deyib ki, Avropa Birliyi Suriyadakı terrorçuları birinci gün və ya birinci həftədən dəstəkəyib: “Suriya hökumətini günahlandırdılar. Fransa kimi bəzi rejimlər onlara silah göndərdilər”.

Rusiya-Türkiyə razılaşmasına gəldikdə Əsəd bildirib ki, Rusiyanın rolunu anlamaq lazımdır: “Rusiya beynəlxalq hüquqa və bu hüquqa söykənən beynəlxalq nizamın Rusiyanın və dünyada hər kəsin marağına uyğun olduğuna inanır. Yəni onlar Suriyanı dəstəkləyərək əslində beynəlxalq hüququ dəstəkləyirlər.

İkincisi, terrorçulara qarşı olmaq rus xalqının və dünyanın maraqlarına uyğundur. Türkiyə ilə olmaq, onunla razılaşmaq Türkiyənin işğalını dəstəkləmək anlamına gəlmir. Tərsinə türklərin Suriyanı tərk etmələri yolunda anlatmaq üçün rol almaq istəyirlər. Türkləri dəstəkləmirlər”.

Jurnalistin “Uzun vədədə siz və hörmətli Ərdoğan arasında bir görüş planı varmı” sualına Bəşər Əsədin cavabı konkret olub: “Bir gün buna məcbur olsam, bundan qurur duymaram”.

Əsəd davam edərək Ərdoğan haqqında “fürsətçil bir islamçı” ifadəsini işlədib: “Hər zaman deyirəm. Mənim işim etdiklərim və ya etmədiklərimə görşə xöşbəxt olub-olmamaq məsələsi deyil. Məsələ mənim duyğularımla bağlı deyil, Suriyanın maraqlarıdır. Bu səbəbdən Suriyanın maraqları mənim haraya getməyimi vacib edərsə, oraya gedərəm”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin