“Ərimin çoxlu pulu vardı, amma mənə bir kofta almadı” – Afət Fərmanqızı

0
128

Müğənni Afət Fərmanqızı “Həmin Zaur” proqramında qonaq olub.

RealMedia.az xəbər verir ki, müğənni keçmiş həyat yoldaşı haqqında danışıb:

“Mənim 16, onun 20 yaşı vardı. Qonşu kəndə yaşayırdı. Evlənmək yaşımız deyildi, amma evləndik. Onun çoxlu pulu vardı, amma mənə 1 kofta da almayıb. Bir diplomat pulla gəldi. O pulu dostları ilə mərcdə xərclədi. Mən bir diplomat pulu onda görmüşəm. Rusiyada işləyirdi, yaxşı qazanırdı. Amma pisləmirəm. Oğlumun atasıdır. İndi də keçmiş baldızlarımla danışıram, mehribanıq”.

Afət bildirib ki, səsi batsa, taksi sürücüsü işləyər:
“Səsim batsa, taksi sürücüsü işləyərəm. İndi maklerlik də edirəm. Ev alıb, təmir etdirirəm, sonra satıram. Ustalarla tez-tez dalaşıram. Mütləq işləməliyəm. Mən boş qala bilmirəm”.

Müğənni bahalı zinyət əşyalarından da danışıb:
“Bədənim aksessuar götürmür. Ona görə brilliant taxıram. Zinyət əşyalarımın bəzilərini hədiyyə veriblər”.

Könül

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin