Ərdoğandan şok açıqlama — “Partlayışı 12-14 yaşlı uşaq edib”

0
593
Ərdoğan partlayışla bağlı açıqlama verib
 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Qaziantep şəhərindəki terror aktını 12-14 yaşlı bir uşaq törədib: “Toy mərasimində 12-14 yaşlı uşaq özünü partladıb, ya da uşağın üzərindəki partlayıcı qurğu kənardan işə salınıb. İki variant var. Bunlardan biridir”.
 
Daha sonra Ərdoğan ölənlərin sayının 51 nəfərə çatdığını bildirib: “51 şəhidimiz var. 17-i ağır olmaqla, 69 yaralının müalicəsi də davam etdirilir. İlkin ehtimala görə, bu terror aktını İŞİD terror qruplaşması edib”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin