Ərəblərlə göbək rəqsi oynayan Nüşabəyə Samirədən DƏSTƏK — Oynayıb, əcəb edib – VİDEO

0
149

Meyxanaçı-müğənni Samirə Yusifqızı gənc həmkarı Nüşabə Musayevanı tənqid edənlərə cavab verib.

Yusifqızı “Ölkə.Az-ən əməkdaşı ilə söhbətində bildirib ki, Musayeva qəbahət iş görməyib:

“Azərbaycanda öyrəşiblər ki, qadın evdə oturmalıdır, uşaqlarına yemək bişirməli, iş görməli, dayəlik etməlidir. Qadın oynaya bilməz, sərbəst hərəkət edə bilməz. Niyə? Nüşabə də göbək rəqsi oynayıb, əcəb edib. Başqa şey etməyi, pis iş görməyib ki. Hətta əgər uşaqları da orda olubsa, yenə də əcəb edib. Oynamaqda nə pis şey var ki? Bəsdirin də. Bizim millətin bəzi nümayəndələri sözbazlıq etmək üçün ölür. Xoşlayırıq ki, kimisə məsxərəyə qoyaq. Nüşabəni təhqir edənlər gedib əvvəlcə güzgüdə özlərinə baxsınlar. Heç kimə təhqir etməyə ixtiyar verilməyib. Tənqid edən isə özü ideal, qüsursuz olmalıdır. Nüşabə çox yaxşı xanımdır, yaxşı da müğənnidir, işıqlı da gələcəyi olacaq.  Hər zaman NüşabəniN yanındayam”.

Qeyd edək ki, gənc müğənni Nüşabə Musayevanın sosial şəbəkədə görüntüləri paylaşılıb. Sənətçi istirahət mərkəzlərinin birində ərəb turistlərlə göbək rəqsi oynadığına görə təhqirə məruz qalıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin