Əliyev məsxərəyə qoydu, ermənilər ciddi qəbul elədi

0
177

Azərbaycan Ordusu müqəddəs Şuşa şəhərini işğaldan azad etdikdən sonra ermənilər təsəlli üçün metafizikaya üz tutublar.

REalMedia.az xəbər verir ki, Ermənistanın Fövqəladə Hallar Nazirliyinin Hidrometeoroloji Xidmətinin Hava Litologiyası Mərkəzinin rəhbəri Qagik Surenyan Ermənistandakı “narahat zehinlərin” sakitləşməsinə töhfə verməyə tələsib və soydaşlarına onların köməyinə ağır artilleriya, yəni astrologiyanın gəldiyini bildirib.

“Son iki gündə Hayk (yəni Orion) bürcü səmada kifayət qədər nəzərə çarpır. Gəlin qalib gələk!”– Haykanuş nənəsinin nağıllar toplusundakı münəccim xələtini əyninə keçirən yalançı alim bildirib.

Görünür, rəsmi İrəvan Azərbaycan Prezidentinin onların şamanlardan və digər qüvvələrdən kömək istəməsi ilə bağlı tövsiyələrini ciddi qəbul edib. Odur ki, tezliklə Ermənistanda qamlama (kamlaniya) və qara messa mərasimlərinin başlanacağı istisna edilmir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin