Əli Məsimli seçiciləri islahatları aktiv surətdə dəstəkləməyə çağırdı

0
601

2020-ci ilin yanvar ayının 24-də 114 saylı Şəki kənd birinci seçki dairəsindən deputatlığa namizəd Əli Məsimlinin Şəki rayonunun İncə kəndində seçicilərlə növbəti görüşü keçirilmişdir. Görüşdə çıxış edən deputatlığa namizəd Əli Məslimli əvvəlcə Milli Məclisin deputatı kimi keçən 4 illik fəaliyyəti barədə hesabat verdi. Ona etimad göstəriləcəyi təqdirdə deputat həmkarı ilə birlikdə hazırladığı Təhsil kreditləri haqqında qanun layihəsinin yeniləşmiş variantını Milli Məclisə təqdim edəcəyni, qanunvericilik sistemimizin daha da təkmilləşdirilməsi baxımından aktual hesab etdiyi digər qanun layihələrini də hazırlayacağını, seçicilərlə görüşlər zamanı qaldırılan məsələləri sistemləşdirib, həm Milli Məclis tribunasından səsləndirəcəyini, həm də ki, deputat sorğusu formasında aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirdi.
Sonda Əli Məsimli seçicilərə müraciət edərək, onları hazırda ölkədə həyata keçirilən islahatları aktıv surətdə dəstəkləməyə çağırdı. Əli Məsimli bildirdi ki, islahatların uğur qazanması üçün zəruri olan şərtlər içərisində 4 şərt xüsusi əhəmiyyət kəsb edir: birincisi, siyası iradə. Siyası iradə var və cənab Prezident “islahatların alternativi yoxdur” deyir və həm də islahatlar istiqamətində real addımlarını davam etdirir. İkincisi, islahatları həyata keçirməkdən ötrü müasir dövrün çağırışlarına dolğun cavab verə bilən və düzgün konseptual yanaşmaya əsaslanan proqramlar. İqtisadiyyatın əsas sahələri üzrə 2020-ci ili, 2025-ci ilə qədər və 2025-ci ildən sonrakı dövrü əhatə edən proqramlar var və digər yeni proqramlar da hazırlanır. Üçüncüsü, həmin proqramları həyata keçirməkdən ötrü müasir təfəkkürə malik islahatçı komanda. Struktur islahatları ilə paralel həyata keçirilən kadr islahatları vasitəsilə həmin islahatçı komanda formalaşır. Dördüncüsü, islahatlara xalqın dəstəyi. 2019-cu ildə 4,2 milyon əhalini əhatə edən Sosial Paketin reallaşdırılması timsalında demək olar ki, islahatlar elə həyata keçirilir ki, əhalinin güzəranına müsbət təsir etsin və əhalinin islahatları dəstəyinin dairəsi genişlənsin. Göründüyü kimi, doğrudan da islahatların alternativi yoxdur. 2020-ci ildə və sonrakı illərdə də davam etdiriləcək. Azərbaycanda islahatların iqtisadiyyatda, sosial sahədə və cəmiyyət həyatının digər sahlərində əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə gətirməsi yönündə hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyəti qollarında zəruri islahatlar həyat keçirilir və bu islahatlar davam edəcək. Ölkə prezidenti və birinci vitse-prezidentin birgə səyləri ilə həyata keçirilən kadr islahatları idarəetmə sisteminin çevikliyinin və müsbət yönlü nəticəliyinin artırılmasına öz töhfəsini verəcək və bu da bir sıra problemlərin həllinin sürətlənməsində özünü daha qabarıq şəkildə göstərəcək. Deməli, islahatlar istiqamətində atılan addımlar birbaşa xalqın xeyrinədir.
Daha sonra Əli Məsimli bildirdi ki, növbədənkənar Parlament seçkiləri də ölkədə həyat keçirilən islahatarın tərkib hissəsidir. Ona görə də Əli Məsimli seçiciləri həm Parlament seçkilərində fəal olmağa, həm də ümumiyytlə, islahatları aktiv surətdə dəstəkləməyə çağırdı. Əli Məsimli bildirdi ki, islahatları dəstəkləmək – öz güzaranının yaxşılaması yolunu dəstəkləmək deməkdir. Bu yolda seçicilərinə uğurlar arzulayan Əli Məsimli tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırdı, onların müxtəlif səpkili sosial problemlərə dair təkliflərini dinlədi.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin