Əli Həsənov danışdı: “Dünyamızı və insanlığı təhdid edən ümumbəşəri bəla…”

0
45

“Dünyamızı və insanlığı təhdid edən ümumbəşəri bəla – koronavirus haqqında son 20 gündə hər gün təzələnən tibbi statistika dəhşət saçmaqda davam edir. Artıq dünya üzrə yoluxma sayı 400 mini, ölüm sayı isə 20 mini haqlamaqdadır. Bütün dünya ölkələrində həyata keçirilən fərdi, yaxud əlaqələndirilmiş qoruma tədbirləri hələ ki, mövcud fəlakətin qarşısını almaqda acızdır. Mütəxəssislərin hesablamalarına görə, əgər yaxın bir ayda dünyada bu istiqamərdə görülən təxirəsalınmaz tədbirlər ciddi nəticələr verməsə, bütün bəşəriyyət risk altında qalacaq. Hazırda Azərbaycan dövləti də, bütün dünya ölkələrində olduğu kimi “hər tədbir can qurtarır, hər bir məsuliyyətsizlik və yubanma yeni-yeni qurbanlar qazandırır” məntiqindən çıxış edərək təcili və təxirəsalınmaz tədbirlər görməyə çalışır”.

RealMedia.az xəbər verir kibunu Azərbaycan Prezidentinin sabiq köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov deyib ki, belə vəziyyətdə biz vətəndaşların da üzərinə çox böyük vəzifələr düşür: “İlk növbədə, hər birimiz hakimiyyətin həyata keçirdiyi qoruma tədbirlərinə dəstək verməliyik və digər vətəndaşları da buna sövq etməliyik. Bundan başqa, hər birimiz yaradıcı şəkildə bu dəhşətli bəladan qorunmağın yollarını və vasitələrini tapmalıyıq. Bu gün bütün Azərbaycan vətəndaşları həm fərdi şəkildə, həm də bütöv cəmiyyət olaraq dövlətimizin tətbiq etdiyi qlobal pandemiya təlükəsindən qorunma vasitələrinə düzgün əməl etməklə, eləcə də bir-birimizə mənəvi dəstək verməklə bu bəşəri bəlaya qalib gələ bilərik”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin