Əl-Qaidədən Makrona mesaj: “Həqiqi görüş baş tutmadı…”

0
708

Əl-Qaidə terror qruplaşmasının üzvlərindən biri Fransa prezidenti Emmanuel Makronun Maliyə səfəri ərəfəsində 6 xarici girovla bağlı video yayımlayıb.

“Qaynarinfo” BBC-yə istinadən xəbər verir ki, bu girovlar sırasında bir fransız QHT işçisi, yaşlı bir avstraliyalı cərrah, bir kolumbiyalı rahibə də var. Videonu yayımlayan şəxs Malidə həqiqi bir görüşün baş tutmadığını, bu səbəbdən də girovların azad edilməyəcəyini vurğulayıb.

O, Makronun Maliyə gəlişinin militanlara qarşı savaşda qərbin daim hökumətin tərəfində olduğunu nümayiş etdirmək məqsədi daşıdığını qeyd edib.

Videoda danışan girov qadın Petronin ailəsinə qovuşa bilməsi üçün Makronun əlindən gələni edəcəyinə inandığını bildirir və bunun üçün ondan kömək istəyir.

Qeyd edək ki, E.Makron Maliyə səfəri zamanı ölkənin paytaxtı Bamakoda çıxış edərək, Peru, Fransa və “Sahel G5” ölkələrinin – Mali, Burkino Faso, Çad, Mavritaniya və Niger – terrorçulara, oğrulara və qatillərə qarşı savaşda, onların tamamilə məhv edilməsində birlikdə mübarizə aparmalı olduqlarını bildirib.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin