“Əjdaha kimi oynadılar!” – Siyasətçilər “Qarabağ” haqda

0
689
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla Azərbaycanın futbol tarixində ilkə imza atan “Qarabağ” komandasının möhtəşəm uğurunu ölkənin bütün ictimaiyyəti böyük sevinclə qarşılayıb.
Moderator.az xəbər  verir ki,  bu sevincə siyasətçilər də  qoşularaq sosial şəbəkədə öz fikirlərini paylaşıblar.
Həmin fikirləri təqdim edirik:
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər: 
“Qarabağ” Çempionlar Liqasında!!!
Hamını təbrik edirəm!
Futbolçularımız bugün əjdaha kimi oynadılar!
Komandanın həm rəhbərliyinə, həm azarkeşlərinə eşq olsun! Amma futbolsevərlər yəqin razılaşar ki, bugünkü uğurun əsas memarı Qurban Qurbanovdur! Yaşa, Qurban!!! Əvvəl-axır Real, Barselona, Bavariya… İmarətə gələcək!
Müsavat Partiyasının  başqanı Arif Hacılı: “Çempionlar liqasının qrup mərhələsindəyik. Təbriklər Qarabağ!
Təbriklər Azərbaycan!”.
 
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa:  “Bu millətə bu qələbə hava, su kimi lazım idi. Bizi sevindirən qəhrəmanlarımıza eşq olsun! Qurban Qurbanov- Azərbaycanın böyük öğlu! Sənin rəhbərliyində Qarabağ adı dünya futbolunun ana səhifəsinə yazıldı. Bu dəfə qarşınızı ala bilmədilər. Demək ki, qalib gəlməyi bacarırıq. Sadəcə doğru təşkilatlanmamız əksikdir. Mobil, doğru təşkilatlanmış bir komanda inanılmazı bacardı! Abdulbarı Gözələ, Tahir Gözələ təşəkkürlər! Azərbaycan üçün ən böyük işi gördünüz! Bu sadəcə futbol meydançasında qazanılan qələbə deyil! Bu həm də siyasi qələbədir. İnşallah millət olaraq, dövlət olaraq hərbi qələbəmizi də gerçəkləşdirərik. Allah sizləri qorusun, fədakar “Qarabağ” komandası!”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin