Əhmədzadənin bir idarəsində məniməsnilən dövlət vəsaitləri

0
928

Hafiz Əzimzadənin rəhbərlik etdiyi Ağdam Suvarma Sistemləri İdarəsində təkcə təmir və cari işlərdən 2015-ci ildə 1 milyon 300 min manatdan artıq dövlət vəsaiti mənimsənilib

Mənimsənilən vəsaitlərin kimlərlə paylaşıldığını təxmin etsək də, Hafiz Əzimzadənin Ağdamda qrunt sularının aşağı salınması və rayonun əkin suyu ilə təminatını yaxşılaşdırmaq üçün nasos stanstyalarının bərpası və təmiri adı altında külli miqdarda dövlət vəsaitini mənimsəməsi faktdır və ən adı yoxlamada idarə müdiri tərəfindən dövlətin bir miyon yarım vəsaitini mənimsəməsi təsbit olunacaq

Azərbaycanda ən kiçik idarənin müdirinin belə illik gəliri minimum 200-300 min manatdan yuxarı olur. Onların həyat səviyyəsinə baxdıqda bu açıqca görünməkdədir və 300-400 manat maaş alan idarə müdirləri mən dövlətin pulunu mənimsəmirəm deyərək “cidanı çuvalda” gizlədə bilməz. Hər şey özü-özündən aydındır. Aydırdır ki, “şah balası” kimi yaşayan hər bir dövlət məmuru, idarə müdiri bir yandan dövlətin müxtəlif sahələrin inkişafı üçün ayırdğı vəsaitləri mənimsəyir, bir yandan da onsuzda çətin durumda olan vətəndaşlardan çəkinmədən rüşvət tələb edərək onları amansızcasına istismar edirlər.

Qeyd edək ki, cəmiyyətimizin qara yarasına çevrilən bu neqativ hallara son qoyulması üçün ölkə prezidenti dəfələrlə çağırışlar edib, bir sıra məməurlar isə cəzalandırılıb. Lakin buna baxmayaraq irili-xırdalı məmurlar bir tərəfdən dövlətin, bir tərəfdən isə xalqın qanını sormaqda davam edirlər.

Torpaqlarımızın ildən ilə şoranlaşmasına baxmayaraq melorasiya işlərinin aparılması, həmçinin kətd təsərrüfatının gkin suyu ilə təmin olunması üçün dövlət hər il Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə milyonlarla manat vəsait cəlb edir. Amma nə yazıq ki, dövlətin ayırdığı bu vəsaitlər torpaqlarımızın məhsuldarlığının artırılmasına və münbitləşməsinə deyil, ayrı-ayrı məmurların özlərinin və ailə üzvlərinin “şah balası” kimi yaşamasına sərf edilir.

Əgər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri, çox hörmətli Əhməd Əhmədzadə bizim yazdıqlarımıza inanmırsa, o zaman zəhmət çəkib əraziyə baxış keçirə bilər. O zaman Əhməd müəllim 100 faiz əmin olacaq ki, Hafiz Əzimzadə 1.032. 000 manat vəsaiti (bəlkə də min manat nasosların rənglənməsinə sərf edib), mənimsəyib.

Adi bir misal, MilliYol.az-ın apardığı araşdırma zamanı məlum olub ki, ötən illərdə, yəni 2015-ci ildə, Ağdam Suvarma Sistemləri İdarəsinə Ağdam rayonunda Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması üçün 386.280 (üçyüz səksən altı min iki yüz səksən), manat vəsait ayrılıb. Amma o vəsaitdən qara qəpikdə ərazidə qrunt sularının aşağı salınması üçün sərf edilməyib. İnanmayanlar gedib yoxlaya və soraqlaşa bilərlər. Soraqlaşanlar məlum olacanq ki,ötən il Atçılıq Zavodunun ərazisində hər hansı bir melorativ işlər birmnalı olaraq aparlmayıb. Sadəcə mlarə müdiri Hafiz Əzimzadə ayrılan vəsaiti sənədləşdirərək nəqdləşdirb və bundan sonra 386.280 manat vəsaitin tayleyini Hafiz Əzimzadə və Allah bilir. Hər halda ayrılan vəsaitin hamısının mənimsənilməsi faktı Ağdamda məsələdənə xəbərdar olan heç kimdə şübhə doğurmur.

Ancaq bu hələ hamısı deyil. Meliorasiya və Su Təsərrüfatı ASC-dən Ağdam Suvarma Sistemləri İdarəsinə 2015-ci ildə həmçinin Ağdam rayon Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün 1.032. 000 (bir milyon otuz iki min), manat vəsait ayırıb. Atçılıq Zavodunun ərazisində qrunt sularının aşağı salınması Hafiz Əzimzadə üçün əhəmiyyətsiz olduğu kimi, yenə də, Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması da, Ağdam Suvarma Sistemləri İdarəsinin müdirinin vecinə olmayıb. Və idarə müdiri yenə də ayrılan vəsaitin demək olar ki, hamısını mənimsəyib. Gördüyü işə isə bir neçə su nasosunu rəngləmək olub.

Əgər Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri, çox hörmətli Əhməd Əhmədzadə bizim yazdıqlarımıza inanmırsa, o zaman zəhmət çəkib əraziyə baxış keçirə bilər. O zaman Əhməd müəllim 100 faiz əmin olacaq ki, Hafiz Əzimzadə Ərgi Massivinin əkin suları ilə təmin olunmasının yaxşılaşdırılması üçün ayrılan 1.032. 000 manat vəsaiti (bəlkə də min manat nasosların rənglənməsinə sərf edib), mənimsəyib.

Bizdən bu qədər. Əgər doğurdan da Meliorasiya və Su Təsərrüfatı ASC-nin rəhbəri Əhməd Əhmədzadə dövlətin pullarının hara sərf olunduğunu öyrənmək istəyirsə, onda Hafiz Əzimzadədən hesab sormalıdır. Amma kabinetində deyil, ərazidə. Və yaxşı olar ki, cənab Əhmədzadə işçisinin sahib olduğu mal və sərvətlə də maraqlansın. Onda hər şey özü özünə ortyay çıxacaq.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin