Əhmədzadə Şaumyanın qızını Füzulidə necə vəzifə sahibi etdi?

0
4789

Hər keçən gün, bir gün öncə baş verən bir hadisənin təsadüfi olmadığını bir daha sübut edir, çünki bütün təsadüflər elə zərurətdən doğur. Daha açıq desək, həyatda heç bir şey təsadüfi deyil. Hər bir xırdalıq dəfələrlə ölçülüb-biçilib, insan üçün nəyin yaxşı, nəyin pis olduğuna bundan sonra qərar verilib. Eynilə adlarımız və adların bizim üzərimizdə təsiri kimi.

Varis planı

Məsələn, bir vaxtlar Füzulidə Təhsilin Həmkarlar İttifaqının sədri işləmiş Şaumyan müəllim astrologiya haqda inanmırıq ki, düşünürdü.

Astroloqlar deyir ki, adlar yeni doğulan körpəyə verilərkən belə, fərqində olmadan adı qoyan şəxs, onun gələcəyini yazır. Astrologiyada eynilə rəqəmlərin insanlar üzərində təsirinin olması kimi, hərflərin də insanlar üzərində çox böyük təsiri olduğu artıq sübut edilib. Hər kəs adının layiqli daşıyıcısı olur. İstər yaxşı, istərsə də pis mənada. Amma insanların adlarına görə onları mühakimə etmək də doğru deyil. Astroloqlar fikirləşir ki, insanların yaxın ətrafında olan mənfi enerjili adları olanlar insana pis təsir edir. Yəni, ətrafında bədbin adlı birisi varsa, bu ad, sənə də sahibi qədər pis təsir edə bilər.

Şaumyan kişi bunları düşünmədən qızına Ramella adı verdi. İllər keçdi, Ramella atası Şaumyanın kresosunu, vəzifəsini əldə etdi. Mistika, ya tale-bunu ayırd etmək çətindi. Bilmirik. Ancaq Ramella Məmmədova anladı ki, vəzifədə irəli getməsi üçün sənədlərdə atasının adını dəyişdirməlidi. Şaumyan o kəs idi ki, Azərbaycan xalqının qanına susamışdı, türklərin soyqırımında adı vardı. Atasına niyə erməni adı qoyulmuşdu, o da bəlli deyildi. Bəlkə babasının erməni inqilabçısına rəğbəti vardı. Yaxud da bu adətdən irəli gəlirdi, müsəlmanlarda xəstəxal uşağın həyatda qalması üçün erməni adı verilməsi adəti vardı. Eyni şeyi ermənilər də edirdi. Bunun əhəmiyyəti yox idi Ramella xanım üçün. Şaumyanı sənədlərdə Şamil etdirdi.

Karyera yüksəlişi

Bir daha Ramella Məmmədovanın Füzulu rayon təhsilinə rəhbər vəzifəyə necə gəlməsi barədə…

Məlum olduğu kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) görəvdən alınan generalı Sübahir Qurbanovun himayəsindən məhrum olan qudası – Füzuli rayon Təhsil Şöbəsinin (RTŞ) sabiq müdiri Almaz Həşimova da öz vəzifəsi ilə vidalaşmaq məcburiyyətində qaldı. Yaranmış fürsəti isə çoxdan bu posta göz dikmiş şəxs – Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) Füzuli rayon Komitəsinin sədri Ramella Məmmədova qaçırmadı. Amma necə?

Etibarlı mənbədən RealMedia.az-a bildirilir ki, R. Məmmədova şöbə müdiri kreslosunu ələ keçirməkçün xeyli xərc çəkib. Ona həm maddi, həm mənəvi dəstəyi əlbəttə ki, sədaqətli həyat yoldaşı Tofiq müəllim göstərib. Hərçənd, Ramella xanımın planının baş tutması üçün hakimiyyətin yuxarı eşelonunda bir neçə rayonun, o cümlədən, Füzulinin kuratoru olan cənab Əhməd Əhmədzadənin sözü həlledici olub. İqtidar sahibinin diqqətini çəkmək üçün ər-arvad cütlüyünün iki nəfərin vasitəçiliyindən istifadə etdiyi deyilir. Ramella xanımın ağız açdığı birinci şəxsin – Füzuli RTŞ-nin baş mühasibi Mənsurə Ağayevanın (Ə.Əhmədzadənin baldızı) səyləri tam yetərli olmayıb. Bu halda Tofiq müəllim ehtiyat kartı işə salıb və onun ümidləri özünü doğruldub…

Hələ bir müddət əvvəl, Tovuz Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Tofiq Zeynalova “Şöhrət” ordeni veriləndə onun Füzulidən olan adaşı Zeynalov Tofiq müəllim dost-tanışlarının zarafatına tuş gəldi. Tofiq müəllim onu “təbrik” edənlərə yarızarafat, yarıgerçək belə cavab verirmiş ki, onu icra başçısı edəcək qədər imkan və qabiliyyəti, həm də havadarı var. Üstəlik əlavə edirmiş ki, hələ də rayon rəhbəri olmaq arzusunu dəfn eləməyib. Lakin Ramella Məmmədovanın karyerada irəliləməsi üçün imkan yaranan kimi Tofiq müəllim öz şəxsi planlarını bir kənara qoyub və “kozır”ını həyat yoldaşının nəfinə xərcləməli olub.

RealMedia.az xəbər verir ki,son dəqiqləşdirmələrdən sonra Ramella Məmmədovanın “möhürünü düzüb-qoşan” həmin şəxsin kimliyini açıqlayacaq, həmçinin Beyləqanda adı olub, özü olmayan Füzuli məktəbləri haqda araşdırmanı təqdim edəcək.

Yazı ilə bağlı qarşı tərəfində söz haqqını tanıyırıq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin