Əhmədzadə keçmiş icra başçısının şirkəti ilə 2,5 milyonluq müqavilə bağladı – FOTO

0
91

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu gün “Fərhad” MMC ilə satınalma müqaviləsi imzalayıb.
Reportyor.info xəbər verir ki, müqavilədə Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və II Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası (II Şıxlı) nəzərdə tutulub. Satınalmanın qiyməti 2 milyon 425 min manatdır.
“Fərhad” MMC 2019-cu ilin aprel ayının 11-də də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi tenderin qalibi olub. Həmin tenderdə də Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı və İkinci Şıxlı kəndlərinin əkin sahələrini su ilə təmin etmək məqsədi ilə su-nasos stansiyalarının və yeraltı suvarma şəbəkələrinin bərpası nəzərdə tutulubmuş. Həmin tenderin dəyəri 1 milyon 988 min manat olub.
Qeyd edək ki, “Fərhad” MMC 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. MMC-nin qanuni təmsilçisi Ağstafa rayonun keçmiş icra başçısı Şamil Allahverdiyevdir. Prezident Əbülfəz Elçibəyin sərəncamı ilə 20 iyul 1992-ci ildə Şamil Allahverdiyev icra başçısı vəzifəsindən azad edilib.
Əslən Ağstafa rayonun Dağ Kəsəmən kəndindən olan Şamil Allahverdiyevin atası Müseyib Allahverdiyev də məşhur şəxs olub. Belə ki, Müseyib Allahverdiyev II Dünya Müharibəsində batalyon komandiri kimi iştirak edib. Böyük Vətən müharibəsi illərində döyüşən ordu sıralarında Moskva altındakı döyüşlərdən başlayaraq Budapeştə qədər döyüş yolu keçib. Müharibədə göstərdiyi şücaətlərə görə, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 24 mart tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
Müseyib Allahverdiyev 19 may 1969-cu ildə vəfat edib. Qazax avtovağzalının qarşısında onun büstü qoyulub.

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin