Əhməd İsmayılov Vüqar Səfərlinin atasına rəhmət oxutdurur – MİA-dan maliyyələşən qəzetlər əmək haqqlarını niyə ala bilmir?

0
268

KİVDF-nin ləğvi, onun bazasında Medianın İnkişafı Agentliyinin (MİA) yaradılması heç bir müsbət nəticəyə səbəb olmayıb. Nəzərə çarpan odur ki, MİA-dan maliyyələşən qəzetlərin əməkdaşları əmək haqlarını artıq ayda deyil, ay yarımdan bir alırlar. Məsələn, sentyabr ayının əmək haqqı hələ də verilməyib. Səbəb? Həmin qəzetlərdə çalışan əməkdaşların RealMedia.az-a verdiyi məlumata görə, KİVDF dövründə onlar əmək haqqlarını uzağı yeni ayın 2-3-nə kimi alırdılar. Bu günləri isə onlara əmək haqların verilməsində uzun müddəlti ləngimələr, problemlər yaranıb. Bildirilir ki, Əhməd İsmayılovun indiyə kimi apardığı “islahat” yalnız qurumda işçi sayının artırılmasında özünü göstərir. Ən maraqlısı isə budur ki, gözlərini cuzi əmək haqqına dikən jurnalistlərə, maaşların keçikməsi ilə bağlı heç bir açıqlama verilmir.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin