Əhliman Əmiraslanovun qardaşı oğlu barəsindəki ittihamlara cavab verdi – MÖVQE

0
1082
“RealMedia.az” xəbər verir ki, ötən gün redaksiyamıza müraciət edən vətəndaş Tamella Fərzəliyevanın şikayəti əsasında “Deputat Əhliman Əmiraslanovun qardaşı oğluna qarşı dələduzluq ittihamı” sərlövhəli məqalə dərc edilmişdir. Sözügedən məqalədə Tamella Fərzəliyeva bildirilirdi ki, Emil Vaqif oğlu Əmiraslanov ondan dəyəri 115.250 (Bir yüz on beş min iki yüz əlli) manat civarında qızıl-zinət əşyaları götürüb, qaytarmır.

Şikayətçinin sözlərinə görə, Emil Əmiraslanov həmin vəsaitin 30000 (otuz min) manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti, yəni kiminsə həbsdən qutarmaq müqabilində alıb. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10000 (on min) manat qaytaracağını söz verib. İlk aylar 1000 (bir min), 2000 (iki min), 3000 (üç min) manat qaytarsa da, sonradan gizlənərək öhdəlikdən yayınıb, telefon zənglərinə də cavab vermədiyi bildirilirdi.

Deputat Əhliman Əmiraslanovun qardaşı oğlu, Nərimanov rayonunda prokuror köməkçisi vəzifəsindən qovulmuş Emil Əmiraslanova qarşı dələduzluq ittihamı irəli sürən vətəndaş Tamella Fərzəliyevanın redaksiyamıza müraciəti əsasında hazırladığımız və saytımızda dərc etdiyimiz məqalənin sonunda qarşı tərəfə mövqeyini bildirməsi üçün tribuna təklif etmişdik.

Tamella Fərzəliyeva bildirir ki, yazılardan dolayı Emil Əmiraslanov ona zəng edərk yazını saytdan çıxartdırmağı tələb edib. Əks təqdirdə onu və qızını şantaj edəcəyi, özünə yaxın başqa saytlarda onları rüsvay edəcəyini deyib.

***

Bu gün Emil Əmiraslanov barəsindəki ittihamlara cavab verərək, saytımızın elektron poçt ünvanına mövqeyini ifadə edən müraciət ünvanlayıb:

Müraciətdə deyilir: “Bildirmək istəyirəm ki, saytınızda 20 fevral 2020-ci il tarixdə baramdə Fərzəliyeva Tamella adlı qadının şikayəti əsasında məqalə dərc edilmişdir. Həmin məqaləilə bağlı olaraq bildirmək istəyirəm ki, Tamella Fərzəliyevanın mənə qarşı ittihamları ilə razı deyiləm və qeyd etmək istəyirəm ki, Tamella Fərzəliyevanın barəmdə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmir və şantaj xarakterlidir. Saytınızda T. Fərzəliyevanın müraciəti əsasında dərc edilmiş məqalənizə cavab olaraq bildirmək istəyirəm ki, mən işləmiş olduğum Nərimanov rayon prokurorluğundan qovulmamişam öz ərizəm əsasında səhətimdə ciddi problemlər yarandığından azad olunmuşam. Fərzəliyeva Tamella və hazırda həbsdə olan qızı Fərzəliyeva Minarə ilə aramızda hələ 2010-cu ildən qızıl-zinət əşyalarının alış verişi olmuşdur. Hətta bu barədə aramızda notarial qaydada borc müqaviləsi də bağlanmışdir. Onlara olan borclarımı hər dəfə ödədikcə onlardan bu barədə əl yazma qəbzlər alırdım. Uzun müddətdən sonra məlum oldu ki, Tamella Fərzəliyevanın qızı Minarə məndən aldığı pulları mənim tanımamdığım qızıllarını alıb bir az baha qiymətə mənə satdıqları alverçilərə kəsir məbləğlərlə və bəzən isə aylarla ödəmirmiş. Bu səbəbdən həmin şəxslər Fərzəliyeva Tamellanın qızı Fərzəliyeva Minarənin yüz mindən çox qızıl pul məbləģini mənimsəməsi barədə hùquq mùhafizə orqanına şikayət etdilər. Minarə istintaq və məhkəmədən boyun qaçırmaq səbəbi ilə, güya mənim həmin məbləģləri òdəmədiyimi və mənə vermiş olduğu əl yazma qəbzlərin isə saxta olduğunu bildirsə də məhkəmə ekspertiza təyin edərək həmin yazıların və imzaların məhz Minarayə məxsus olduğunu isbat yetirmiş ve 2018-ci il tarixdə Minarə Fərzəliyeva Ağir Cinayətlərə dair Məhkəmənin hökmu ilə 5 il müddətində azadlıqdan məhrum edilmişdir. Bundan sonar, Ferzeliyeva Tamella məndən üzürxahlıq edərək mənimlə yenidən qızıl alış-verişini davam etdirmiş və hər ay 2019-cu ilin fevral ayından başlayaraq Tamellaya hər ay 5000 (beş) min matdan başlayaraq 10 (on min) min manata qədər  pul ödəmişəm. Ödənişdən bir gün gecikəndə isə üzərinə hər gecikən gün üçün 200, 300 bəzən elə olub ki, bu məbləğ 500-600 manat civarlarında dəyişməklə faiz borcu gəlib məndən alıb. Beləliklə də Tamella Fərzəliyevaya ödəmiş oldugum əsas borcun çox hissələrini faizlərə çıxmışdır.Hòrmetle: Emil Amiraslanov “

Tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin