Əfv edilən MTN generalları karantinə alındı – Xəstəxanaya yerləşdiriliblər

0
702
Ötən gün dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla əfv edilən bir sıra şəxslər, o cümlədən MTN-in keçmiş generalları Akif Çovdarov və Sübahir Qurbanov koronavirus səbəbi ilə karantinə alınıblar.
“RealMedia.az” xəbər verir ki, hər iki general cəza çəkdikləri 9 saylı həbsxanadan azadlığa buraxılsalar da, paytxatdakı xəstəxanalardan birində karantinə alınıblar. Hər iki şəxsin karantin müddəti bitdikdən sonra evlərinə geri dönmələrinə icazə veriləcək.
Qeyd edək ki, keçmiş general Sübahir Qurbanov iki il öncə Bakı Hərbi Məhkəməsinin 2018-ci il 23 aprel tarixli hökmü ilə məhkum edilib.
Akif Çovdarov isə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 2017-ci ildə 12 il müddətinə həbs edilmişdi.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin