“Əbülfəz Elçibəy kənardan idarə olunurdu” – AXC İdarə Heyətinin ilk üzvündən ÖZƏL AÇIQLAMALAR

0
111

Zərdüşt Əlizadə: “Elçibəyə müraciət etdim ki, KQB-nin arxivlərini aç, açmadı. Çünki bilirdi ki…”
Bu gün Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunur. Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında Azərbaycan xalqının uzunmüddətli mitinqləri başladı. 1989-cu ilin iyulunda AXC-nin 15 nəfərdən ibarət İdarə Heyəti seçildi və bu hərəkata rəhbərlik etməyə başladı.

RealMedia.az xəbər verir ki, Hokm.az təsis konfransı ilə bağlı hadisələrin canlı şahidi, AXC İdarə Heyətinin ilk üzvlərindən olan politoloq Zərdüşt Əlizadənin fikirlərini öyrənib.

RealMedia.az xəbər verir ki, politoloq bildirib ki, “Meydan hərəkatı” adı altında toplanan həmin iclas Moskva tərəfindən təyin olunan, “partiya-təsərrüfat mafiyası”nın keçirdiyi bir tədbir idi: “Üzdə isə vətənpərvər çağırışlar səsləndirilir, Qarabağın azadlığı və digər cəlbedici şüarlardan istifadə edilirdi. Hərəkatın mahiyyətində isə tamamilə fərqli mətləblər gizlənirdi. Kənardan ərzaqlar, siqaretlər paylanırdı, “partiya-təsərrüfat mafiyası” isə cəmiyyəti aldatmaqla məşğul idi. O zaman AXC yox, müvəqqəti Təşəbbüs Qrupları mövcud idi. Mənim də daxil olduğum bu qrupun məqsədi ilkin dövrlərdə aydın olsa da, sonradan qaranlıq mətləblər ortaya çıxmağa başladı”.

Əlizadənin bildirdiyinə görə, Əbülfəz Elçibəyin AXC-yə sədr seçilməsi də əvvəlcədən planlaşdırılmış ssenarinin tərkib hissəsi olub: “Mən bu barədə öz kitabımda da yazmışam. Bu o dövrlər idi ki, ziyalılar bu hərəkata açıq dəstək verməkdən ehtiyat edirdilər. Belə bir münbit şəraitdə heç kimin tanımadığı Əbülfəz Əliyevin sədr seçilməsi özü artıq hər şeyi deyirdi. O, kənardan idarə olunurdu, sadəcə üzdə göstərilən fiqur idi. Məhz onların AXC-ni nəzarətə götürməsi ilə bütün faciələrin əsası qoyuldu. Sonradan tarix sübut etdi ki, bu adamlar kimlər idi və hansı məqsədlərə xidmət edib”.
Z.Əlizadə əlavə edir ki, prezidentliyi dövründə Əbülfəz Elçibəyə müraciət edib ki, KQB-nin arxivlərini açsın: “Mənə deyirdilər ki, atan “KQB agenti” olub. Mən də deyirdim ki, gəlin o zaman arxivləri açın. Açmadılar, çünki bilirdilər ki, o zaman ifşa olunacaqlar. Adını da qoydular ki, guya açsalar, vətəndaş müharibəsi düşəcək. Təbii ki, bütün bunlar baş qatmaq üçün olan cəfəngiyyatlar idi”.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin