Zərdab rayon DSMF əsgərin sosial müavinətini necə mənimsəyib? – şok müraciət

0
60

“Mən, Azərbaycan Respublikası vətəndaşı Süleyman Tanrıverdiyev 2017-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına kimi müddətli həqiqi hərbi xidmətdə olmuşam. 2017-ci ilin sentyabr ayının 22- sində övladım dünyaya gəlib. İndi öyrənmişəm ki, müddətli həqiqi hərbi xidmət keçən şəxslərin övladlarına hər ay 68 manat məbləğində sosial müavinət verilirmiş.”  Bu haqda Avropa.info-ya müraciətində Zərdab şəhər sakini Süleyman Tanrıverdiyev deyib. O, Zərdab rayon DSMF-nin qanunla nəzərdə tutulan pulu verməkdən imtina etdiyini bildirib.  “Övladım dünyaya gəldiyi üçün hərbi hissədən mənə məzuniyyət verdilər. Bu zaman mən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Zərdab rayon şöbəsinə yeni doğulan körpələrə verilən müavinət üçün sənədləri təqdim etdim. Ancaq müddətli həqiqi hərbi xidmət keçən şəxslərin övladları üçün verilən sosial müavinət haqqında mənə heç bir söz deyilmədi. Mənə yalnız uşaqların anadan olması zamanı birdəfəlik ödənilən 99 manat məbləğində pul vəsaiti verdilər.  Zərdab DSMF-yə müraciət etsəm də, sosial müavinətlərin verilməsi işinə baxan xanım bildirdi ki, “bu müavinəti verə bilmərik, çünki gec müraciət etmisiniz”. Ancaq mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 190 çağrı mərkəzinə, nazirliyin hüquq şöbəsinə, maliyyə şöbəsinə, sosial təminat siyasəti şöbəsinə, daxili nəzarət və audit şöbəsinə və nazirin müavininin köməkçisinə müraciət etdim. Onlar mənə bildirdilər ki, bu ödəniş sizə mütləq şəkildə ödənilməlidir.  Mən yenidən Zərdab rayon DSMF-nun Şöbəsinə müraciət etdim onlar isə mənə bildirdilər ki, siz nazirliyə müraciət etdiyinizə görə gərək nazirlik bizə müraciət etsin ki, biz bundan sonra sizin şikayətinizə 10 gün müddətində baxaq və cavab verək.  Mən başa düşə bilmirəm ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyəti böyükdür, yoxsa Zərdab DSMF-nin? Azərbaycan Respublikası Konstitusiyasında da yazılır ki, ailə dövlətin himayəsindədir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevdə bunu əsas götürərək sosial müavinətlərin verilməsi haqqında sərəncamlar verir. Sosial müavinətlərin alınması üçün əgər vətəndaş üzrlü və ya üzrsüz səbəblərdən gec müraciət edibsə, bu halda sosial müavinətlər vətəndaşa ödənilməlidir. Azərbaycan Respublikası Prezidentinin bu sərəncamını Zərdab DSMF-si icra etmək istəmir və ya ləngidir. Belə hərəkəti etməklə Zərdab DSMF-sinin məqsədi nədir?” – deyə Süleyman Tanrıverdiyev müraciətində qeyd edir. 0

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin