Zəlzələ rabitə və internetdə…- Nazirlikdən açıqlama

0
28

Zəlzələ baş verən ərazilərdə rabitə sisteminin işində problem yaranmayıb.

RealMedia.az xəbər verir ki, bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Zamirə Ədilova qeyd edib. O bildirib ki, fevralın 5-də Şamaxı, İsmayıllı, Lerik və Ağsu rayonları ərazisində baş verən zəlzələdə rabitə sisteminə heç bir ziyan dəyməyib.

“Hazırda Şamaxı, İsmayıllı, Lerik və Ağsu sakinləri rabitə və internet xidmətləri ilə tam təmin edilib”, – nazirlik rəsmisi bildirib.

Gülər Əli

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin