Yetirmişli zəlzələdən danışdı

0
26

Dünən 23:21-də İsmayıllı, Şamaxı rayonlarında ard-arda baş verən ərazidə gərginliyin olduğu məlum idi. Həmin ərazidə gərginlik həmişə var. 2018-ci ilin seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi.

RealMedia.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.

Q.Yetirmişli onu da vurğulayıb ki, bu zəlzələni orta güclü zəlzələ hesab etmək olar.

“23:31-də baş verəcək zəlzələnin maqnitudası, yeri barədə dəqiq məlumat verə bilməzdik. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət almaları onların buna hazır olmadığını göstərir”.

Aytən Həmzə

RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin