Ukraynanın erməni əsilli daxili işlər nazirinin bacısı qızı Bakıda təmtəraqla qarşılanır – Kimin qonağıdır?

0
24496

Xatırladaq ki, bir müddət əvvəl mediada məhz elə “Ukraynanın erməni əsilli daxili işlər nazirinin bacısı qızı Bakıda təmtəraqla qarşılanır – Kimin qonağıdır?” başlıqlı yazı dərc olunub. Bu əsnada RealMedia.az həmin yazıdan bəzi çıxarışları oxuculara təqdim edir:

“Ukraynanın daxili işlər naziri, milliyətcə erməni olan, keçmiş bakılı Arsen Avakovun bacısı qızı İrina Kasalap tez-tez Bakının qonağı olur. Daha dəqiq desək, erməni qızı biznesmen Xaliq Abbasovun dəvəti ilə paytaxtımıza təşrif buyurur.Irina 12 Ukraynanın daxili işlər naziri Arsen Avakovun bacısı qızı Bakıda təmtəraqla qarşılanır Onu Bakıda Xaliq Abbasovun sürücüsü və cangüdənləri AA və PP seriyalı sedan “Lexus”larda və CİP-lərdə təmtəraqla gəzdirirlər. Ola bilər ki, sürücü və cangüdənlər qonağın erməni olduğunu bilmirlər, ya da “patron”larının xatirinə “erməniyə dayı de” məsəlinə baş əyirlər. Məlumat üçün bildirək ki, Xaliq Abbasov Bakıda və ölkəmizin şimal bölgəsində böyük binesi olan şəxsdir. Bundan əlavə bu şəxs xeyli müddətdir ki, qanunsuz “pul perevod”ları ilə məşğul olur. Eyni zamanda etibarlı mənbənin bildirdiyinə görə Xaliq Abbasovun təkər biznesi də mövcuddur və bu yaxınlarda onun mallarının topdan satışını təşkil edən Elsevər adlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bunu eşidən Xaliq Abbasov bərk təşvişə düşüb. Mənbə bizə bu şəxsin bir neçə fotosunu təqdim eləsə də müəyyən səbəbdən hələ ki, dərc eləmirik. Ancaq Xaliq Abbasovun “sevimli qonağı” İrina Kasalapın fotosunu təqdim edirik. Mənbənin söylədiyinə görə, Xaliq Abbasov İrina Kasalap adlı erməni qızını nəinki Bakı, hətta ölkəmizin bir çox gözəl guşələrinə gəzməyə aparır, onun qulluğunda can-başla durur. Hətta daxil olan məlumatda Xaliq Abbasovun erməni qızına Ukraynada yeni inşa edilən 200 min dollarlıq ev aldığı, İrinanı Avropa ölkələrinə gəzintiyə apardığı da bildirilir. Növbəti yazımızda erməni qadına mehr-məhəbbət salmış biznesmenin şirkətinin qaçaqmalçılıq yolu ilə təkər gətirməsinə də aydınlıq gətirəcəyik.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun bacısı qızı Bakıda təmtəraqla qarşılanır İndi isə yazının girişində qeyd elədiyimiz “şok məsələsi”nə aydınlıq gətirək. Birincisi ondan başlayaq ki, Xaliq Abbasov hazırda erməni işğalı altında olan Zəngilan rayonunda doğulub.

Ukraynanın daxili işlər naziri Arsen Avakovun bacısı qızı Bakıda təmtəraqla qarşılanır boya-başa çatıb. Bəs doğma yurdu, kəndi erməni işğalı altında olan Xaliq Abbasovun ürəyindəki erməni sevgisinin kökündə nə dayanır? Xaliq Abbasov hər gün şəhid olan Azərbaycan oğullarının tabutunu görmür..? Əlbəttə, erməni İrinada, dayısı Arsendə Bakıya, Binəqədiyə, hətta neft buruqlarına sevgi-məhəbbət, hətta maraq ola bilər. Bəs yurdu xaraba qalan Xaliq Abbasovda erməniyə qayğı, sevgi haradan gəlir? Bəlkə, Xaliq Abbasov erməni Akopa dayı demək istəyir..? Qoy bu suallara Xaliq Abbasov özü cavab versin”.
RealMedia.az

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin