Türk dünyasının ən ünlü şəhərinin adını fahişəxanaya qoyublar- HÜQUQ MUHAFİZƏ ORQANLARI BUNA ƏNCAB QILMALIDIRLAR

0
78

Heç kimə sirr deyil ki, ölkəmizdə sürətlə yayılmağa başlayan qadın ticarətindən bu bizneslə məşğul olan şəxslər külli miqdarda gəlir əldə edirlər. Qeyri-qanuni yollarla qazanılan pulların böyük bir hissəsi əxlaqsızlıq yuvalarını və yüngül həyat tərzi keçirən qadınları himayə edən şəxslərin cibinə gedir.

ABŞ Dövlət Departamentinin son hesabatlarında qeyd edilib ki, hər il 800 mindən artıq insan bu cinayətin qurbanına çevrilir. Onların 80 faizi qadınlar və gənc qızlardır. Ümumiyyətlə isə, dünya ölkələri üzrə insan alverinin qurbanlarının sayı 27 milyon nəfərə yaxındır.

Bu rəsmi açıqlamadır və fakt bir daha onu təsdiqləyir ki, dünyada insan alveri ilə mübarizə tədbirlərinə baxmayaraq, bu bəlanın qarşısını almaq mümkün deyil. Əslində insan alverinin bir neçə növü var. İnsanların məcburi əməyə cəlb edilməsi, əməyin istismarı, azyaşlı uşaqların satılması və sair. İnsan alverinin ən çirkin üsullarından biri isə qadın alveridir. Bəli, bu bəla artıq bütün dünyanı cənginə alıb. Bu ağır cinayət hadisələri Azərbaycanda da az deyil. Artıq demək olar ki, günaşırı aidiyyəti qurumlar bununla bağlı məlumatlar yayır, faktlar açıqlayır. Azərbaycanda insan alveri, xüsusilə də qadın alverinə qarşı geniş mübarizə tədbirlərinin aparılmasına baxmayaraq, bu problem hər il azalmaq əvəzinə artmaqdadır. Azərbaycanda qadın alveri qadınları başqa ölkələrə daşımaqla, cinsi istismara məruz qoymaqla bitmir. Elə bu gün Azərbaycanın daxilində də qadın alverçiləri kifayət qədərdir. Həmin şəxslər müxtəlif adlarla ticarət və xidmət obyektləri açaraq orada açıq-aşkar qadın alveri ilə məşğul olurlar. Kafelər, restoranlar, bəzi otellər bu gün əsasən bu alverdən gələn gəlirlə bizneslərini artırmağa üstünlük verir, işlətdikləri obyektlərin təyinatını yaddan çıxarır.Nəticədə ölkədə insan alverinin qurbanları qeyri-rəsmi artır. Amma, bu faktlar rəsmi qurumların açıqlamalarında, statistik məlumatlarında öz əksini tapmır. Niyə? Səbəbi məlum deyil. Bir tərəfdən Daxili İşlər Nazirliyi Azərbaycanda qadın alverinə qarşı mübarizə aparır, digər tərəfdən isə elə mübarizə aparan məmurlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkədə qadın alverinə şərait yaradır. Nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları demək olar ki, hər gün Azərbaycandan xaricə qadınları aldadıb aparan, onları xaricilərə satan şəxsləri yaxalayır və onlar barəsində ən ağır cəzaların tətbiqinə çalışır. Amma, digər tərəfdən bəzi yerli polislər vəzifə səlahiyyətlərinə güvənib insan alverçilərini himayə edir. Nə qədər təəssüfləndirici olsa da, bu belədir.

İnsan alverinin şıdırğı tüğyan etdiyi yerlərin bir neçəsi hətta şəhərin mərkəzi hissələrindədir. Bu gün Bakının onlarla ərazisini saymaq olar ki, həmin ərazilərdə insan alveri, qadın alveri açıq-aşkar aparılır. Özü də aidiyyəti dövlət qurumlarının gözü qarşısında. Bu ərazilər nəinki qadın alveri ilə mübarizə aparan orqanlara, hətta ictimaiyyətə də məlumdur. Amma, nədənsə bu cinayətin qarşısı alınmır. Bəzi aidiyyəti şəxslərin elə özləri bu cinayətin baş verməsində maraqlıdır. Yəni, paytaxtda fahişəliyin yayılması bəzilərinə sərf edir. Müəyyən maraqlarına qulluq edən məmurlar vəzifə səlahiyyətlərinə, ölkənin imicinə fikir vermədən bu qadın alverinin davam etməsinə şərait yaradır, qadın alverçilərinin açıq-aşkar tüğyan etməsinə göz yumurlar.

Ah İstanbul..İstanbul….

Əxlaqsızlığı təbliğ edən məkanlardan biri də Zəngəzur şadlıq sarayının yaxınlığında yerləşən və «İstanbul» olan obyektdir:

Binəqədi şossesi üzərindəki bu obyekt 24 saat ərzində müştərilərin xidmətindədir

“İstanbul” hotelində müştərilərə təklif olunan intim xidmətlərin qiymət preyskurantından tutmuş, bu xidmətlər üçün cəlb olunan insan resurslarının obyektə gətirilmə sxeminə qədər bütün incəliklər buranın administratoro Samir adlı şəxs tərəfindən hazırlanıb. Obyektə o rəhbərlik edir, özü olmayanda rəhbərlik Qədir adlı şəxsə keçir. Əslində Samir buranın sahibi, vəzifə sahibi olmuş , hazırda dünyasını dəyişmiş Akif adlı məmurun qohumudur.

Oteldə irili-xırdalı 10-dan yuxcarı kabinet var. İçində hamam-tualet. Yataq otaqları ilə. Boş kobinetlər müştərilərə satı 20 manatdan başlayan qiymətlərlə verlir. Əgər müştəri tək gəlibsə onun üçün qadın gətizdirilir. Bu məqsədlə r üçün Samir xüsusi maşın və adamlar ayırıb.

Məsələ ondadır ki, satışa çıxarılan qadınlar arasında azyaşlılar da olur. Ancaq bu əxlaqsız yuva işlədənləri qorxutmur. Söhbətlərdə israrla polis tərəfindən himayə edildklərini bildirirlər.

Kafenin adı bir neçə dəfə qalmaqalllarda hallanıb. İlk dəfə 2006-cı ildə “HİV” virusu daşıyıcısı olan qadının bir neçə kişini məhz “İstanbul” kafesində xəstəliyə yoluxdurması ilə bağlı idi.

Yoxlamalar ərzində kafe bağlanmışdı. Daha sonralar isə kefedə davalar və bıçaqlanmalar ucbatından problemlər yaranıb.

Qeyd etməliyik ki, adı çəkilən obyektlə bağlı Daxili İşlər,  Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin Gigiyena və Epidimiologiya Mərkəzinə sorgular ünvanlayacağıq.

Çünki bu obyektdə onlarla işçi heç bir əmək müqaviləsi olmadan istismar edilir, bununla yanaşı müştəriyə təklif edilən qida məhsullarının keyfiyyətini təsdiqləyən sertifkatlar mövcud olmur, qiymətlər isə normal satış həddindən bir neçə dəfə artıq, şişirdilmiş məbləşdə tələb olunmaqla istehlakçı haqqında qanun da pozulur. Anti sanitariya qaydalarına demək olar heç əhəmiyyət də verilmir. Aidiyyatı qurumlar isə, nədənsə bu kimi kiçik görünməyinə baxmayaraq, ağır nəticələrə səbəb ola biləcək belə neqativ hallara ya bilərəkdən göz yumur, ya da burada bizim üçün müəmmalı qalan başqa bir məqamlar vardır. Ancaq əslində səbəbin nə olmasından asılı olmayaraq nəticədə qanunvericiliyin tələbləri pozulur, həm vətəndaşlar açıq şəkildə aldadılır, həm də insanların sağlamlığı ciddi şəkildə sual altında qalır.

P.S. Ən başlıcası- obyektin adı qısa müddətdə dəyişməlidir. Azərbaycanın strateji müttəfiqi, ən yaxın tərəfdaşı, qardaş ölkə Türkiyənin ən ünlü şəhərin adının belə mundar işlərlə məşğul olan obyektə verilməsi biabırçılıqdır. (mozalan)

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin