Tanınmış aparıcılara vəzifə verilib

0
92

ATV-nin iki əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vəzifəyə təyin olunub.

RealMedia.az-ın məlumatına görə, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov məlumat yayıb.

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinə mətbuat katibi vəzifəsinə bundan öncə AzTV, Lider TV, ARB TV və ATV-də müxtəlif vəzifələrdə çalışmış, bır sıra telelayihələrin rəhbəri və aparıcısı kimi fəaliyyət göstərmiş Şahin Əliyev, nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi vəzifəsinə ATV-nin “Xəbər” proqramının aparıcısı Əsmər Nəcməddinqızı təyin edilib”, – o qeyd edib.

Aytən Həmzə

RealMedia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin