Təkcə bu gün həbs edilən müxalifətçilərin sayı 100-ə çatıb

0
241

Yerevanda aprelin 19-da polisin tutduğu etiraz aksiyası iştirakçılarının sayı 100-ə çatıb

Erməni KİV-i xəbər verir ki, bunu Ermənistan Polisi mətbuat xidmətinin əməkdaşı Edqar Canoyan deyib.

“Saat 13.30-a olan məlumata görə, polis bölmələrinə yüz nəfər gətirilib”, – o vurğulayıb.

* * *13:32

Bu gün Yerevanda polisin həbs etdiyi etiraz aksiyası iştirakçılarının sayı 30-a çatıb. Ermənistan KİV-ləri xəbər verir ki, məlumatı polis yayıb.

Bildirilib ki, aprelin 19-da aksiya iştirakçıları hökumət binasının korpuslarından birini mühasirəyə alıblar. Bundan sonra onlar Yerevanın küçələrində yürüş keçiriblər.

Qeyd edək ki, Yerevanda müxalifətçilərin etiraz aksiyasının keçirildiyi ərazilərə əlavə polis qüvvələri yeridilib.

* * *11:10

Ermənistanda müxalifətçilərin etiraz aksiyasının keçirildiyi paytaxt Yerevanın mərkəzinə tərəf əlavə polis qüvvələri cəlb olunur. Mitinqçilərin həbsləri davam edir.

TASS xəbər verir ki, etirazçılar üçüncü hökumət binasını bloklamağa çalışıblar.

Hadisə yerinə polis rəisinin müavini, general Samvel Ovannisyan gəlib.

“Jurnalistləri işimizə mane olmamağa və kütləyə qarışmamağa çağırıram. Polis xüsusi tədbirlər görür”, – o deyib.

Müxalifət fəallarından biri polis “QAZel”inin altına uzanaraq maşının saxlanılan şəxslərlə olay yerindən uzaqlaşmasına mane olmağa çalışıb. Keçid açmaq üçün polis etirazçıları əlləri və ayaqlarından götürərək yoldan uzaqlaşdırır.

* * *09:56

Yerevanda müxalifətin etiraz aksiyalarının iştirakçıları “Respublika” meydanında yerləşən bir neçə nazirlik binasını blokadaya almağa çalışıblar.

Hadisə yerində olan “TASS”ın müxbiri bildirib ki, polis bu cəhdlərin qarşısını almağa çalışır. Son dəqiqə 1 nəfərin saxlanıldığı barədə məlumat var.

Aksiyaçıların qarşısını almaq üçün nazirlik binalarının OMON dəstələri tərəfindən nəzarətə alındığı bildirilir.

Qeyd edək ki, Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin