ŞOK İDDİA: Azərbaycanda pensiya maxinasiyası… – Belə deyirlər…

0
56

Azərbaycanda əmək pensiyalarının ödənilməsi yubanır.

Hurriyyet.org xəbər verir ki, adətən hər ayın 10-dək pensiyaçıların bank hesabına vəsait yüklənsə də, bu ay gecikmə müşahid olunur.

Bu haqda redaksiyamıza məlumat verən mənbə deyir ki, ayın 29-u olmasına baxmayaraq, hələ də pensiyalarını ala bilmirlər.

Əmək pensiyalarının gecikməsi ilə bağlı heç bir rəsmi açıqlama verilmədiyindən, bununla bağlı sakinlər arasında müəyyən şayiələr yayılıb. İddialara görə, pensiyaların ödənilməsində müəyyən maxinasiyalara yol verildiyindən, hazırda məsələ ilə bağlı araşdırma aparılır. Gecikmələrin də bu səbəbdən baş verdiyi bildirilir.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin