“SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC-nin xanım vəkilindən tələb…

0
153

RealMedia.az-ın media üzərində apardığı araşdırmaları zamanı, elchi.az saytının SOCAR-ın xarici investisiyaların idarə edilməsi idarəsinin rəisi Vaqif Əliyev və Strateji inkişaf üzrə vitse-prezident Tofiq Qəhrəmanovun təşəbbüsü ilə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun təkmilləşdirilməsi və müasirləşməsi adı altında SOCAR-dan 2 milyard dollar pul ayrıdığını yazıb. Bəzi məlumatlara görə, yazı da bu zavodun başa çatdırılması üçün 2 milyard dollardan əlavə daha 1 milyard dollar da yenidən ayıracağı qeyd olunub.

Məsələ ilə bağlı sözügedən şirkətin vəkili Şəfa Camalzadə  RealMedia.az saytının elektron ünvanına məktub göndərib.

RealMedia.az olaraq vəkilin ünvanladığı məktubu olduğu kimi təqdim edirik:

“Hörmətli, baş redaktor Ramin Məhəmmədoğlu!

 

Sizi narahat edən “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC-nin vəkili xanım Şəfa Camalzadədir.

Bir neçə gün öncə, yəni 23 yanvar 2019-cu il tarixdə, saat 13:40-da https://www.elchi.az  internet saytında “SOCAR-ın rəhbər şəxslərinin “xarici şirkəti” – “Foster Wheeler”də milyardlarla maxinasiya” adlı məqalə dərc edilib (http://www.elchi.az/socar-in-r%C9%99hb%C9%99r-s%C9%99xsl%C9%99rinin-xarici-sirk%C9%99ti-foster-wheelerd%C9%99-milyardlarla-maxinasiya/).

Daha sonra digər kütləvi informasiya vasitələri, o cümlədən Sizin baş redaktoru olduğunuz http://realmedia.az  internet saytı da ilkin mənbəyə istinad etməklə həmin məqaləni 23 yanvar 2019-cu il tarixdə, saat 21:45-də eyni başlıq altında olduğu kimi dərc edib (http://realmedia.az/%C9%99li-abdalov-mehman-huseynovla-barisdi-video-socar-in-r%C9%99hb%C9%99r-s%C9%99xsl%C9%99rinin-xarici-sirk%C9%99ti-foster-wheelerd%C9%99-milyardlarla/ ).

Vəkili olduğum “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC həmin məqalədə yazılanların həqiqəti əks etdirmədiyini və yalan olduğunu, eyni zamanda bu həqiqətə uyğun olmayan məlumatların onun işgüzar nüfuzuna ciddi zərbə vurduğunu nəzərə alaraq ilkin mənbə olan http://www.elchi.azsaytı ilə məhkəmədənkənar danışıqlar apardı. Nəticədə həmin sayt “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC-nin iradlarını əsaslı hesab edərək 25 yanvar 2019-cu ildə saat 18:40-da sözügedən məqaləni http://www.elchi.az saytından yığışdırdı. Bunu həmin sayta daxil olmaqla özünüz də müşahidə edə bilərsiniz.

Göründüyü kimi, Sizin saytınızda dərc edilmiş eyni məqalənin ilkin mənbəyi artıq öz əhəmiyyətliliyini və əsaslılığını itirmiş olub. Lakin buna baxmayaraq, sözügedən məqalə hələ də Sizin saytınızda aktiv yayımlanmış olaraq qalır. Bu isə “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC-nin işgüzar nüfuzuna ciddi şəkildə xələl gətirməkdə davam edir.

Halbuki, mövcud qanunvericiliyin tələblərinə əsasən, kütləvi informasiya vasitələyində dərc olunan məlumatlar əsil olmalı, həqiqəti əks etdirməli və başqalarının hüquq və maraqlarına qəsdən ziyan vurmağa yönəlməməlidir.

Odur ki, yuxarıda qeyd edilənləri və “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı və 62-ci maddələrinin tələblərini rəhbər tutaraq, 23 yanvar 2019-cu il tarixdə, saat 21:45-də http://realmedia.az  internet saytında yayımlanmış “SOCAR-ın rəhbər şəxslərinin “xarici şirkəti” – “Foster Wheeler”də milyardlarla maxinasiya” başlıqlı məqalənin mümkün olan ən qısa zamanda yayımdan yığışdırılmasını Sizdən xahiş edirik.

Əks halda “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC öz hüquqlarını və mənafelərini qorumaq üçün qanunla olan verilən hüquqi müdafiə vasitələrindən istifadə etmək məcburiyyətində qalacaq. Yeri gəlmişkən, Sizinlə olan mübahisənin də qarşılıqlı anlaşma, barışıq və məhkəmədənkənar qaydada həll ediləcəyinə inanırıq.

Onu da bəyan edirik ki, “SOCAR – Foster viler mühəndislik xidmətləri” MMC hər zaman mətbuat dostu olmaqla və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq etməyə açıq bir şirkət olaraq fərqlənib. Yuxarıda adı çəkilən məqalədə qeyd edilənlərlə də əlaqədar istənilən suallarınıza da cavab verməyə hazırdır. Əməkdaşlıq üçün öncədən təşəkkür edirik…    

Hörmətlə,

Şəfa Camalzadə / vəkil”

Son olaraq sözügedən şirkətin vəkili Şəfa Camalzadənin ünvanladığı məktuba RealMedia.az olaraq bildiririk ki, məktubda qeyd olunduğu kimi məhkəmədən kənar danışıqların aparılması nəticəsində elchi.az saytında yayımlanan yazı silinsə də, şirkətin vəkilinin göndərdiyi məktub prosessual qanunvericiliyin tələblərinə cavab vermir. Ona görə ki, ilkin mənbə elchi.az saytı həmin yazını təkzib etməli olduğu halda, etməmiş və yazını saytdan çıxarmaqla kifayətlənmişdir. Bu səbəbdən də xanım vəkilin nəzərdə tutduğu yazını saytdan çıxarmaq tələbini təmin etmədən mövqeyini dərc edirik.

RealMedia.az

 

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin