Şimali Koreyada Kim Çen In və Tramp sammitinə məsul dövlət məmurları edam olunub

0
49

Hanoy şəhərində ABŞ prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen In arasında baş tutmuş ikinci sammitdən sonra 5 dövlət məmuru, eləcə də KXDR-in ABŞ məsələləri üzrə xüsusi nümayəndəsi Kim Hyek Çxol edam olunub.

ONA xəbər verir ki, bu barədə “Bloomberg” Cənubi Koreyanın “Chosun Ilbo” qəzetinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, Pxenyanın tətbiq etdiyi bu ən ağır cəzanın verilməsinə səbəb ikinci sammitdə Donald Tramp və Kim Çen In arasında razılıq əldə olunmaması, sammitin uğursuz təşkil edilməsidir. Eyni zamanda bildirilir ki, Kim Çen Inın birinci köməkçisi Kim Yon Çxol uğursuz sammitdən sonra ağır islah əmək işləri ilə cəzalandırılıb.

BİR CAVAB YAZIN

Şərhinizi daxil edin!
Burada adınızı daxil edin